2018-ci ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran Prisinin vaxtı dəyişdirilib.
gundemxeber.az report-a istinadən xəbər verir ki, yarış 23 - 25 iyunda yox, 27 - 29 apreldə olacaq.
Bu, mövsümün 4-cü Qran Prisi olacaq. Əvəzində Soçi Qran Prisi 28 - 30 sentyabra keçirilib. 10 ildən sonra təqvimə qayıdan Fransa mərhələsi məhz Bakı mərhələsinin yerini tutub. Almaniya mərhələsi də təqvimə qayıtdığı halda, Malayziya Qran Prisi 21 mərhələləlik siyahıdan çıxarılıb. Ümumilikdə mərhələlər rekord sayda - 21 olacaq: 23 - 25 mart. Melburn, Avstralia 6 - 8 aprel. Şanxay, Çin 13 - 15 aprel. Saxir, Bəhreyn 27 - 29 aprel. Bakı, Azərbaycan 11 - 13 may. Barselona, İspaniya 25 - 27 may. Monako 8 - 10 iyun. Monreal, Kanada 22 - 24 iyun. Kastelye, Fransa 29 iyun - 1 iyul. Spilberq, Avstriya 6 - 8 iyul. Silverstoun, İngiltərə 20 - 22 iyul. Hokkenhaym, Almaniya 27 - 29. Budapeşt, Macarıstan 24 - 26 avqust. Spa-Frankorşamp, Belçika 31 avqust - 2 sentyabr. Montsa, İtaliya 14 - 16 sentyabr. Sinqapur 28 - 30 sentyabr. Soçi, Rusiya 5 - 7 oktyabr. Suzuka, Yaponiya 19 - 21 oktyabr. Ostin, ABŞ 26 - 28 oktyabr. Mexiko, Meksika 9 - 11 noyabr. San Paulu, Braziliya 23 - 25 noyabr. Abu Dabi, BƏƏ
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?