Müsavat Partiyasının başqanı İsa Qəmbər gənclərin bu gün keçirdiyi etiraz aksiyasına münasibət bildirib. İsa Qəmbər Musavat.com-a açıqlamasında bildirdi ki, bu aksiya sosial şəbəkələrin müəyyənləşdirdiyi çox ciddi və kütləvi etiraz idi. "Hakimiyyətin həyata keçirdiyi həbslərə, təxribatlara, şoulara baxmayaraq, çox sayda gənclər, vətəndaş cəmiyyəti və siyasi partiyaların nümayəndələri çox böyük siyasi mədəniyyət və fədakarlıq göstərdilər", - İsa Qəmbər deyib. Müsavat başqanının sözlərinə görə, hakimiyyət həmişəki kimi zorakılığa əl atdı və dinc aksiya zorakı üsullarla dağıdıldı: "Su şırnaqlarından, rezin güllələrdən və indiyədək istifadə olunmayan texnika tətbiq edildi. Bununla belə, bu, orduda əsgər ölümlərinə, silahlı qüvvələrdə və ölkədə korrupsiyaya son qoyulması tələbi ilə keçirilən ən möhtəşəm aksiyalardan biri oldu. Açığı, mən gənclərimizlə fəxr edirəm".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?