Müsavat başqanı İsa Qəmbər “İsmayıllı işi” ilə bağlı gedən məhkəmə prosesini dəyərləndirib. İ.Qəmbər musavat.com-a bildirib ki, bu, məhkəmə yox, məzhəkədir: “Vəkillər nə bacarırlarsa edirlər. Həmişəki kimi cəsarətli və peşəkar şəkildə müdafiə edirlər. Tofiq Yaqublu və İlqar Məmmədov isə formadadır. Onlar haqqı-ədaləti qoruyurlar. Bu hadisələrdə günahsızlar tutulub, əsl baiskarlar azadlıqda gəzir. Cəmiyyət bu ədalətsizliyə etiraz etməlidir. Günahkarların cəzalandırılmasına, xalqa qarşı həqarət, hörmətsizlik göstərənlərin qanun qarşısında cavab verməsinə nail olacağıq. Buna inanıram və həmin günün yaxınlaşması üçün müsavatçı, cəbhəçi, gənclərimizlə birlikdə mübarizəmizi davam etdiririk”.
Sorğu
Yeni dizaynımız necədir?