GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kamal Abdulla: “Sanki bacımı itirmişəm...”

Kamal Abdulla: “Sanki bacımı itirmişəm...”

Tarix: 24-12-2015, 18:07 Bölmə :Ölkə Baxış: 0
Kamal Abdulla: “Sanki bacımı itirmişəm...”

Bu gün Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, mərhum tənqidçi Elnarə Tofiqqızının doğum günüdür. O, 1977-ci il dekabrın 24-də anadan olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini və AMEA Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib.

2013-cü il sentyabrın 20-də həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişib.

3 kitabın, onlarla elmi və ədəbi-tənqidi məqalənin müəllifidir.

gundemxeber.az tanınmış ədəbiyyat adamlarının, ziyalıların Elnarə Tofiqqızı ilə bağlı fikirlərini təqdim edir:

Yazıçı Kamal Abdulla mərhum tənqidçinin yüksək inzibatçılıq bacarığını və ədəbi istedadını xüsusilə qeyd edir:

“Bəzən inzibati işləri yaxşı bacaranlar yaradıcılıqda və ya əksinə, çətinlik çəkirlər. Elnarə isə bir neçə xüsusiyyəti özündə birləşdirirdi: səmimi, gülərüz, inzibatçı, istedadlı... O, tələbələri, universitet kollektivi arasında öz rəftarı, davranışı, qayğısı ilə, ədəbi çevrədə və ictimaiyyət arasında yazıları, peşəkarlığı, dürüstlüyü, ədəbi mətnə dəyərli yanaşması ilə qısa müddətdə böyük hörmət qazanmışdı. Mən sanki bacımı, doğmamı itirmişəm və bu itkini hər gün hiss edirəm”.

Millət vəkili Aqil Abbasın fikrincə, Elnarə xanım kimi parlaq bir ədəbiyyat adamını səhlənkarlıqla öldürmək bizim səhiyyədəki faciəmizdir:

“Necə olur ki, bu cür xəstəxanalar tikilir, yüksək səviyyəli, ən müasir avadanlıqla təchiz olunur, ancaq həkimlərimiz ən xırda əməliyyatlarda insanları öldürürlər. Baxın saytlara, qəzetlərə: hər gün bir ananın, bir xəstənin həkim səhlənkarlığından ölümü haqqında xəbərlərə rast gəlmək mümkündür. Məni də narahat edən odur ki, bu qədər ölümlərə görə çox vaxt kimsə cəzalandırılmır, cəzasızlıq isə növbəti faciələrə yol açır. Biz çalışmalıyıq ki, Elnarə xanımın ölümünə bais olanların hər biri mütləq öz cəzasını alsın. Bu, bizim qələmə, sözə olan borcumuzdur, həm də günahkarların cəzalanması bu mənfi ənənəyə son qoymaq üçün böyük addım olar”.

“Yazı” dərgisinin redaktoru, yazıçı Azad Qaradərəli Elnarə Tofiqqızının son dərəcə obyektiv bir tənqidçi olduğunu bildirir:

“Elnarə xanım qayğıkeş idi, istedadlı adamları qoruyurdu, amma ən sevimli tələbələrinin də yazılarına ədəbi-bədii qiymətləndirmə baxımından güzəşt etmirdi. Mətnə çox sədaqətli idi və belə tənqidçilər çox təəssüf ki, barmaqla sayılacaq qədərdir. Buna görə də Elnarə Tofiqqızının itkisi ədəbiyyatımız, ədəbi tənqidimiz üçün böyük itkidir”.

Tənqidçi Cavanşir Yusifli onun ədəbi-tənqidi dəyərlərə böyük həssaslıqla yanaşdığını xatırladır:

“Kitab olası yazılarından bunu indi də oxumaq, görmək mümkündür. Xüsusilə onun filoloji baxışları, ixtisasına uyğun şifahi xalq ədəbiyyatı bilgiləri, fəhmi bir çox mətnlərin qatlarını açmaqda ona yardımçı olurdu. Ancaq cəmi 2-3 il onun yazılarını izləyə bildik və hesab edirəm ki, onun daha böyük əsərlərini yazası yaşı hələ qarşıdaydı”.

Yazıçı Nəriman Əbdürrəhmanlı Elnarə xanımın ədəbi yazılarını daim izlədiyini xatırladır:

“Ədəbi baxışlarında bir sistemlilik vardı - güzəştsiz, səmimi. Onun tənqid etdiyi ədəbiyyat adamları da ondan şəxsi müstəvidə incimirdilər. Çünki heç kimə qarşı qərəzi yox idi, sifarişlə yazmırdı, yazdıqları səmimi düşüncələri, ədəbi baxışları idi”.

“Kulis” dərgisinin redaktoru, yazıçı Qan Turalı bildirir ki, Elnarə Tofiqqızının vəfatı bütün ədəbiyyatımız üçün itkidir:

“Onun itkisi həm ədəbiyyatın, həm bizim, həm də dostumuzun faciəsidir. Çünki onun həyat yoldaşı Anar Niftəliyev də hamımızın dostudur və bu itki onun qədər bizi də sarsıdır”.

Xatırladaq ki, tanınmış tənqidçi Elnarə Tofiqqızı 2013-cü il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı həkim səhlənkarlığı ucbatından vəfat edib. Elnarə Tofiqqızının ölümündə təqsirli bilinən anestezioloq Firuz İbrahimov 2015-ci il avqustun 31-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 124.1 (məsuliyyətsizlikdən insan ölümünə səbəb olma) və 320.1 (sənəd saxtakarlığı) maddələri əsasında 2,5 il müddətinə azadlıqdan məhrum edilib.

Kamal Abdulla: “Sanki bacımı itirmişəm...”
Kamal Abdulla: “Sanki bacımı itirmişəm...”
Kamal Abdulla: “Sanki bacımı itirmişəm...”
Kamal Abdulla: “Sanki bacımı itirmişəm...”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Elnarə Tofiqqızının işinə baxan gənc hakim öldü

    Elnarə Tofiqqızının işinə baxan gənc hakim öldü ...

    12-05-2016, 12:18

  • 
  • Elnarə Tofiqızının ölümü ilə bağlı müstəqil təhqiqat başladı

    Elnarə Tofiqızının ölümü ilə bağlı müstəqil ...

    25-11-2013, 12:18

  • 
  • Elnarə Tofiqqızının ölümü ilə bağlı təqsirləndirilən həkim məhkəmə zalında həbs edilib

    Elnarə Tofiqqızının ölümü ilə bağlı ...

    31-08-2015, 18:34

  • 
  • "Medi Sina" klinikasının baş həkimi istefa verib

    "Medi Sina" klinikasının baş həkimi ...

    4-12-2013, 11:00

  • 
  • Anar Niftəliyev Baş Prokurorluğa çağırıldı

    Anar Niftəliyev Baş Prokurorluğa çağırıldı ...

    12-12-2013, 12:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu