Əli Kərimli: "Şəhid atasına, öldürülmüş əsgərin anasına zor tətbiqi, onların yer ilə sürüdülməsi hər kəsi qəzəbləndirir, hakimiyyətin anti-insani mahiyyətini ortaya qoyur"
AXCP sədri Əli Kərimli bu gün Bakıda "Əsgər ölümlərinə son" şüarı ilə keçirilən etiraz aksiyasına qiymət verib. Əli Kərimli Facebook səhifəsində yazıb: "Bugünkü aksiyadan rejim ciddi zərbə aldı. Mübarizənin yeni mərhələsi hələ indi başlayır. Hökumət isə artıq arsenalındakı xalqı qorxutma vasitələrinin çoxunu istifadə etdi və heç bir nəticə əldə etmədi. Mitinq ərəfəsi həbslər, dövlət çevrilişinə cəhd şousu, aksiya zamanı rezin güllələrdən, su şırnaqlarından istifadə xalqı qorxutmadı. Minlərlə insan etiraz etdi. Polis aksiyanın qarşısını almaqda aciz qaldı. Aksiya zamanı hakimiyyət növbəti kobud səhvini etdi. Şəhid atasına, öldürülmüş əsgərin anasına zor tətbiqi, onların yer ilə sürüdülməsi hər kəsi qəzəbləndirir, hakimiyyətin anti-insani mahiyyətini ortaya qoyur. Azərbaycan xalqı belə mənəviyyatsızlığı bağışlamayacaq. Hökumət anlamalıdır ki, yalnız zor gücünə idarə etmək artıq mümkün olmayacaq. Zorun da işləmədiyi, nəticə vermədiyi bir mərhələ var. Azərbaycan cəmiyyəti sürətlə o mərhələyə daxil olur".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?