GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Üzən manat və “baxış aydınlığı”...

Üzən manat və “baxış aydınlığı”...

Tarix: 25-12-2015, 00:54 Bölmə :Ölkə Baxış: 0
Üzən manat və “baxış aydınlığı”...

Çoxdan görüşməyən iki dost haqda lətifə var. Birincinin “Necəsən” sualına ikincisi başına gələn fəlakətləri sadalamaqla cavab verir.

Birincisi deyir: “Həyat zebra kimidir: onun da ağ və qala zolaqları var. Sən indi qara zolaqdasan. Sonra ağ zolaq gələcək”.

Növbəti dəfə görüşəndə yenə eyni suala cavab olaraq ikincisi söyləyir: “Sən demə, o vaxtkı ağ zolaqmış. Qara zolaq indidir”.

10 ayda iki devalvasiya şoku yaşayan bizlər üçün çox uyğun nəticədir. Növbəti “qara bazar ertəsi” bundan sonra fevralın 21-dəki devalvasiyanın qaralığını şüuraltına qovacaq. Kimlərsə də ilin əvvəlini “ağ zolaq” kimi xatırlayacaq. Və ilin ən etibarsız valyutalarından birinə çevrilən manatın son devalvasiyasının tamamilə qaçılmaz olduğunu anlamağımız da heç bir halda zərbələri yüngülləşdirməyəcək.

Çünki əgər qaçılmaz idisə, deməli, yenə təkrarlana bilər, biz hələ üçüncü seriyanı da seyr edərik (bəlkə lap serial da oldu).

Deməli, “qara zolaq” acı bağırsaq kimi uzanaraq hər dəfə onsuz da kövrək olan müvazinətimizi laxladacaq. Axı devalvasiyanı qaçılmaz etmiş səbəblərin heç biri ortadan qalxmayıb, heç yaxın gələcəkdə ortadan qalxacağı da gözlənilmir.

Ancaq bu qaçılmazlığı anlamaq hələ onun mənşəyini bilmək anlamına gəlmir. Yəni biz səbəbləri bilirik, ancaq əsas olanından - Kamyunun söylədiyi “baxış aydınlığı”ndan məhrumuq. Halbuki ən əsası bu “baxış aydınlığı”dır.

Yəni bizə deyirlər və biz də razılaşırıq ki, qlobal böhrandır, neft düşür, Federal Rezerv Sistemi uçot dərəcəsini yüksəldir, Azərbaycanın əsas valyuta mənbəyi və ixracat maddəsi neftdir, qeyri-neft sektoru yoxa taydır, manatı zorla dəyərdə saxlamağın da bir həddi var və s. və i.

Bunlar aydındır və fevraldan bəri hər an manatın sərbəst buraxılacağını gözləmək olardı. Yəni baş verənləri bazar diqtə edir, bizə yolu böhran göstərir.

Və elə buradaca diqqət etməliyik ki, müasir neoliberalizmdə bazara da, iqtisadiyyata da, valyutaya da canlı personajların rolu yazılır. Yəni “Bazar deyir ki...”

Nə deyir bazar? O, danışa bilir, hansı dildə danışır? Canlıların əşyalaşdırıldığı formasiyada, anlayışlara canlı statusu yazılır. Bir sözlə, biz təhrif olunmuş leksikon, Oruellin məşhur “yenidil”ini (“novoyaz”) dinləyirik, bazarın, iqtisadi terminlərin möhtəşəmliyi ilə yemlənirik.

Halbuki sirr deyil: aqressiv neoliberalizm hətta klassik iqtisadiyyat qanunlarını da basıb keçir, iqtisadiyyatı siyasətə, siyasi iradəyə tabe etdirir. Adicə bütün milli valyutaların məhz dollardan asılılığı doqması iqtisadiyyat qanunlarını alt-üst etmirmi?

Yaxud neftin qiymətindəki çöküşlər iqtisadidən qat-qat çox məhz siyasi faktorlarla bağlı deyilmi? Elə Rusiya kimi iri dövlətə qarşı sanksiyalar təklif və tələbat arasındakı korrelyasiyanı zorakı yolla pozmaq deyilmi?

Məhz bu suallardan sonra da “baxış aydınlığı”na ehtiyac yaranır. O, ona görə lazımdır ki, bilək: alternativ vardımı və varmı?

Qaranlıq dövrlərdə hamının hər sahədə öz xilas proqramı peyda olur. Diletantlar üçün bu cür dövrlər psevdo-özünütəsdiq şansıdır. Yəni onlar dürlü reseptlərlə meydanın kənarına gəlirlər (xaosda isə meydana girirlər).

Məsələn, deyirlər: ölkədə qeyri-neft sektoru inkişaf etdirilsəydi, biz “neft iynəsi”nə oturmasaydıq, indi də bu günə qalmazdıq.

Başqaları buraya korrupsiyanın tüğyanını, idarəçilikdəki qeyri-peşəkarlığı, volyuntarizmi, biznes üçün şəraitin olmamasını, təsadüfi kadrlara əhəmiyyətli sahələrin tapşırılmasını və s. də əlavə edirlər.

Halbuki hətta yuxarıda sadalananlar da bu və ya digər dərəcədə həllini tapsaydı belə, bunların heç biri alternativ olmayacaqdı. Çünki “baxış aydınlığı” problemlərin kökündə SSRİ-nin demontajından sonra “yeni demokratiyalar”a hurreylə sırınmış (və periferiyaların da bəh-bəhlə qəbul etdiyi) neolberal kursun dayandığını göstərir.

Bizim də 1990-cı illərin əvvəlində hansısa faizlə sosial dövlət, yaxud qeyri-kapitalist anklav qurmaq şansımız vardı. Olmadı və yerinə özünün terapiyasız şoku ilə neoliberalizm gəldi. Mərkəz kapitalizmi biz periferiyalara çıxa bilməyəcəyimiz cızıqları cızdılar: istehsal tar-mar olmalı, zavod-fabrik bağlanmalı, sökülüb satılmalı, bütün sahələr (o cümlədən sosial) özəlləşdirmə adı altında dağıdılmalı, ölkə isə mərkəzi kapitalizm üçün xammal əlavəsinə çevrilməlidir.

Aqressiv neoliberalizmin çoxlarına yazdığı bu rol bizə də aiddir. Onlar qaçılmaz öhdəliklər, pozulması qadağan şərtlər kimi sırındı...

Qeyri-neft sektorunu inkişaf etdirməklə onsuz da əcnəbi bazarlara çıxmaq şansı tanınmayacaqdı (odur, ənənəvi olaraq zeytun və zeytun yağı ixrac edən Yunanıstanı cüzi kvotaya otuzdurdular, zeytunluqları isə Brüssel məhv etdirdi).

O ki qaldı neftə, mahiyyətcə möhtəkir olan neoliberal köpəkbalıqları üçün onun qiyməti ilə məhz subyektiv faktorlar əsasında manipulyasiya etmək heç də çətin iş deyilmiş: istəsələr - yenidən bahalaşdırar, istəməsələr - 30 dollara da endirərlər.

Yox, bu, konspirologiya deyil, bu, günümüzün adi reallığıdır. Sonra isə baş verənləri iqtisadi terminlərə çevirmək heç də çətin deyil.

Neoliberalizmin elmi təlimi yoxdur, yalnız ideologiyası var, bu ideologiyanı isə hazır, qışqıran və emosional terminlər dəstindən yararlanaraq ritorikaya çevirmək çətin iş deyil.

“Baxış aydınlığı” da elə budur - neoliberal kursu seçmiş bütün periferiya kapitalizmi ölkələri eyni qisməti yaşayır, çünki onlara “iqtisadi zənci” rolu yazılıb. Əgər hansısa dövlət nə vaxtsa fəxrlə, panaseya kimi özünü hazırkı qlobal iqtisadiyyata qoşubsa, bu sistemin iyerarxiyasındakı aşağı yerinin də fərqində olmalıdır.

Böhranlar isə zəif həlqələri qırır. O həlqələri ki, sistem onların bərkiməsinin əleyhinədir. Əks halda periferiya da mərkəzə çevrilmək iştahasına düşə bilər.

Və ən qəribəsi də odur ki, baş verənlərin mənşəyini görmək istəməyənlər hələ də hakimiyyətdə təmsil olunmayan (müxalif sayılan) hansısa neoliberalların vəziyyəti düzəldə biləcəyini təbliğ edirlər.

Yanılırsız - onlar manatın 100 faizli dəyərsizləşməsini birdəfəyə edəcəkdilər...

Məmməd Süleymanov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Deputat dolların düşməsi və “qara bazar”ın sirrini açdı

    Deputat dolların düşməsi və “qara bazar”ın ...

    8-02-2017, 01:14

  • 
  • Nazirlə baş bankir Azərbaycan manatını “basdırır”

    Nazirlə baş bankir Azərbaycan manatını “basdırır” ...

    22-11-2016, 02:22

  • 
  • Çin "qara siyahı"ya görə ABŞ-a cavab verə bilər

    Çin "qara siyahı"ya görə ABŞ-a cavab ...

    8-10-2019, 16:38

  • 
  • “Qara bazar”da dollar bahalaşdı

    “Qara bazar”da dollar bahalaşdı ...

    9-12-2016, 12:58

  • 
  • Dollar niyə ucuzlaşır?

    Dollar niyə ucuzlaşır? ...

    14-04-2017, 20:55


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu