GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » PEDAQOJİ KOLLECDƏ QIŞ SESSİYA “YIĞIMI”NA Nurlana Əliyevanın ŞƏXSƏN ÖZÜ GÖSTƏRİŞ VERİR?

PEDAQOJİ KOLLECDƏ QIŞ SESSİYA “YIĞIMI”NA Nurlana Əliyevanın ŞƏXSƏN ÖZÜ GÖSTƏRİŞ VERİR?

Tarix: 25-12-2015, 00:57 Bölmə :Ölkə Baxış: 0
PEDAQOJİ KOLLECDƏ QIŞ SESSİYA “YIĞIMI”NA Nurlana Əliyevanın ŞƏXSƏN ÖZÜ GÖSTƏRİŞ VERİR?

Artıq bir neçə müddətdir ki, daxil olan məlumatlarda Azərbaycan Dövlət Pedaqoji Kollecinin fəaliyyətində müşahidə olunan neqativ hallara dair açıqlamalar təqdim edilir.
Məlumatlarda iddia olunur ki, Nurlana Əliyevanın rəhbərlik etdiyi bu təhsil müəssisəsinin fəaliyyətinin son vaxtlar ölkə mətbuatında tez-tez ictimai müzakirələrə çıxarılmasının da yeganə səbəbi, məhz kollecin rəhbərliyi tərəfindən burada bir çox özbaşınalıqlara rəvac verilməsidir. Hazırda kollecdə ibtidai sinif müəllimi, əmək hazırlığı və texnologiya, xarici dil, ailə və ev təhsili, təsviri incəsənət və rəsmxətt, ilkin hərbi və fiziki hazırlıq, informatika, qeyri-azərbaycan məktəblərində Azərbaycan dili müəllimi ixtisasları üzrə mütəxəssislər hazırlanır. Ölkənin ən qocaman təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət Pedaqoji Kolleci mövcud olduğu illər ərzində xalqın maariflənməsi işinə öz gözəl tövhələrini vermişdir. Kollec fəaliyyət göstərdiyi müdətdə on minlərlə müəllim yetişdirmişdir. Lakin əldə etdiyimiz məlumatlara görə, hazırda bu kollecin ötən dövrlərdə əldə etdiyi uğurları təkrarlamağa heç bir potensialı qalmayıb. Açıqlamalarda vurğulanır ki, bu gün Azərbaycan Dövlət Pedaqoji Kollecində təhsil alan tələbələrin bütün imtahanlara hazırlıq prosesi ilk növbədə tələb olunan vəsaitin hazırlanması ilə müşayiət olunur. Bizə təqdim olunan məlumatlarda belə bir fakt da vurğulanır ki, sessiya imtahanlarının vaxtı yaxınlaşdıqca kollecdə hökm sürən abu-hava öz gərginliyi ilə diqqəti cəlb edir. Yeri gəlmişkən, dünən daxil olan yeni məlumatda da kollecdə artıq növbəti qış sessiya imtahanları üçün pul yığımına start verildiyi bildirilir. Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz yazılarda da qeyd olunduğu kimi, bir çox mütəxəssislərin fikrinə görə, kollec bu gün öz əsas funksiyasını layiqincə yerinə yetirərək, ölkənin ümumtəhsil məktəbləri üçün müasir təhsil texnologiyalarına yiyələnmiş müəllimlər hazırlaya bilmir. Buna səbəb kimi isə yenə də kollecin direktoru Nurlana Əliyevanın öz işində yol verdiyi bir sıra nöqsanlar göstərilir. Həmçinin açıqlamalarda bildirilir ki, kollecdə tələbələrdən qayiblərə görə də pul tələb olunur. Bir çox tələbələrin adı jurnalda getsə də, özlərinin dərslərdə iştirak etməməsi buna əyani sübutdur. Məlumatlarda qeyd olunur ki, dərslərdə iştirak etməməyin aylıq "xərci” 100 manatdır. Tələbələr bildirirlər ki, Azərbaycan Dövlət Pedaqoji Kollecində dərslərinə hazırlaşan və hazırlaşmayan tələbə arasında elə də böyük fərq qoyulmur. İstənilən halda pul hamıdan yığılır. Yaxşı oxuyanlar üçün məbləğ 250-300 manat, oxumayanlar üçün 350-400 manatdır. Bundan başqa da, məlumatlarda bildirilir ki, Nurlana xanımın davamiyyətin aşağı salınmasında xüsusi marağı var. Belə ki, dərslərə gələn tələbələr imtahan sessiyasını "uğurla” başa vurmaq üçün 400 manat ödəməlidirlərsə, dərslərdə iştirak etməyən tələbələr üçün bu məbləğ artıq 600 manat dəyərində müəyyənləşdirilib.Bir müddət bundan əvvəl Təhsil Nazirliyində Nurlana Əliyevanın təqaüdə çıxarılması ilə bağlı məsələyə də baxılmışdır. Ən azından, son 25 ili bu təhsil müəssisəsinə rəhbərlik edən kollec direktorunun yaşı buna tam əsas verir. Lakin bu məsələnin TN-də hətta bir deyil, iki dəfə müzakirə olunmasına baxmayaraq, hər dəfə müəyyən şəxslər müvafiq qərarın qəbul olunmasına müdaxilə edərək, bunun qarşısını almış və Nurlana Əliyevanın vəzifədə qalmasını təmin edə biliblər...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Korrupsiyalaşmış pedaqoji kollec

    Korrupsiyalaşmış pedaqoji kollec ...

    5-02-2015, 15:48

  • 
  • Vaqif Əmiraslanovun birləşmiş kollecə rəhbərlik xülyası

    Vaqif Əmiraslanovun birləşmiş kollecə rəhbərlik ...

    19-09-2016, 15:00

  • 
  • Təhsil Nazirliyi 3 kollec direktorunu cəzalandırdı

    Təhsil Nazirliyi 3 kollec direktorunu cəzalandırdı ...

    14-02-2014, 12:08

  • 
  • Müəllimlərin işə qəbulu qaydaları dəyişdirildi

    Müəllimlərin işə qəbulu qaydaları dəyişdirildi ...

    24-10-2013, 18:13

  • 
  • Məhəbbət Vəliyeva necə alim olub?

    Məhəbbət Vəliyeva necə alim olub? ...

    21-09-2020, 16:21


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu