Possovet məkanında bura Sabir adına Aəərbaycan Dövlət Pedaqoji Texnikumu adlanırdı. Sonradan isə, yəni 1999-cu ilin dekabr ayından Azərbnaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərir. Bunlar bir yana, əsas məsələ isə 227 nəfər müəllim kontingenti və 3000 nəfər tələbəsi olan kollecin sonrakı taleyidir. Müasir dövrün müasir təlabatının olduğu hər kəsə yaxşı məlumdur. Adından göründüyü kimi, kollecin pis-yaxşı təhsil verdiyi gənclərimizin sonrakı aqibəti necə olur? Ölkədə pedaqoq “istehsal edən” universitelərin tuğyan etdiyi bir zamanda, məzunların işlə təminatı sıfra bərabərdir. Belə olan halda kolleci qurtaran ixtsaslı məzun neyləyəcək? Heç olmazsa gənclər, belə bir təhsil ocaqlarında ömrünün ən yaxşı çağlarını itirməsələr yaxşıdır.
Sözügedən kollecin uzunmüddətli direktoru professor Nurlana xanım Əliyevadır. Əlbəttə, xanım heç vaxt istəməz ki, kolleci bağlansın . Çünki, bura onun yüksək səviyyədə gəlir mənbəyinı çevrilib. Fikirləşin, 3000 tələbə nə deməkdir? Verilən məlumata görə, Nurlana Əliyeva bir semestr ərzində heç olmasa yarım milyona qədər pul yığır. Necə deyərlər, ən bərk gedən ali təhsil ocaqları, kollecin yanında heç nədir. Bunun nəticəsidir ki, kollecdə tələbələrə təhsil vermək əvəzinə, tez-tez yazıçı və şairlərlə, tanınmış simalarla görüşlərin təşkili, tələbələrin başını qatmaqdan savayı bir şey deyil.
Redaksiyamıza adının çəkilməsini istəməyən bir nəfər qadın müəlliməsinin verdiyi məlumata görə, “kollecdə təhsil qənaətbəxş deyil. Nurlana Əliyeva tez-tez tədbirlərdə olur. Onun yanına yalnız xeyir verən valideynlər gələndə kefi “açılır”. Kollecə yeni qəbul olanlar, yalnız 1-ci semestri yaxşı oxuyurlar. İmtahanda haqsızlığı görəndən sonra, onlar hər şeyin pulla ölçüldüyünü anlayıb başqa variantı seçirlər. Bununla da, kollecdə biliyin göstəricisi heçə endirilir. Kurs işləri və təcrübə sənədləri pulun hesabına başa gəlir. Kurs işi və təcrübə sənədi 50 manatdan aşağı qiymətləndirilmir. Tələbələrin 50 %-i dərsə dəftərsiz, qələmsiz gəlir. Direktor dərs bölgüsünü müəllimlərin cibinə görə “bölür”. Sinif jurnallarında qiymət qaralamsına tez-tez təsadüf olunur ki, bu da birbaşa saxtakarlıqdır. Bütün bunlarla bərabər, Nurlana xanım mühasibatlığa da “dağ” çəkir. İlin axırında onun silgisi ilə küllü miqdarda vəsait, bibaşa şəxsi mənafeyinə xərclənir. Xanım çoxillik təcrübəsinə əsaslanaraq, 5 ildənbir kollecdə aparılan region maliyyə yoxlamasını da ustalıqla “yola” verə bilir.
Laborant kadrların da iş prinsipi məlum deyil. Onlar kollecə adi müəllim kimi gəlib-gedirlər. Halbu ki, təlimat buna imkan vermir. Nurlana xanım məktəbə müəllim düzəldəcəyi şəxsi, əvvəlcə laborant ştatı üzrə işə götürür və sonradan dərsin azlığına baxmayaraq, onu müəllim təyin edir. Digər müəllimlərin dərs yükünün aşağı düşməsi də, xanım direktorun vecinə deyil. Nəticədə, bacarıqlı müəllimlər hər il dərs bölgüsü zamanı, direktorla üz-üzə gəlirlər. Bundan əlavə, Nurlana Əliyevanın gəlir gətirən sahələrindən biri də, kollecdə aylığa çıxan tələbələrin varlığıdır. Xanım bunu semestrdə pul aldığı tələbələrin qiymətindən 3 dəfə də artıq edir. Həm semestr pulu, həm də dərsə gəlməməyin haqq-hesabı, təbii ki, yüksək olmalıdır.
Deməli, kollec birbaşa Nurlana Əliyevaya xidmət göstərir. Belə yerdə adam professor da ola “bilər”, üstəlik akademik də...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?