Ümumən respublika ərazisində Şamaxı-İsmayıllı, Abşeron arxipelağı və Orta Xəzər seysmogen zonallıqları potensial seysmik risk zonası kimi proqnozlaşdırılır.
Trend Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) bülletenininə istinadən bildirir ki, noyabrın sonunda yeni formalaşan geodinamik şəraitin inkişaf dinamikası Abşeron periklinalı, Şamaxı-İsmayıllı və Mərkəzi Xəzər seysmoaktiv zonalarında seysmik riskinin yüksək olmasını şərtləndirir.
Noyabr ayının sonunda Azərbaycan ərazisi və ona qonşu seysmoaktiv zonaların seysmogeodinamik şəraitində ciddi dəyişikliklər müşahidə olunmayıb. Regional planda respublika ərazisi tamamilə sıxılma gərginlik-deformasiya proseslərinin təsiri altında olub. Nisbətən intensiv geodinamik proseslər Şamaxı-İsmayıllı, Abşeron periklinalı, Gəncə və Mərkəzi Xəzər seysmoaktiv zonalarında müşahidə edilib. Bu regionda xəritələnmiş lokal sıxılma strukturlarında gərginliyin qiyməti Ksıx.=0,964-0,986 ş.v. intensivliklə xarakterizə olunub: "Seysmohidrogeodeformasiya xəritə-sxemindən göründüyü kimi, gərginliyin maksimal qiyməti Abşeron-Balxanyanı qırışıqlıq sisteminə uyğun gəlir. Lokal strukturlar Mahaçqala-Türkmənbaşı, Goradil, Şərqi Qobustan və Arpaçay-Samur istiqamətli tektonik pozulmalar boyu formalaşıb ki, bu da geodinamik proseslərin tangensial yan basqı xüsusiyyətlərindən irəli gəlir. Hər 4 struktur üzrə gərginliyin qiyməti kritik səviyyədən kiçik olsa da, burada zəif intensivlikli klassik təkanların baş vermə ehtimalı qalır".
Sorğu
Yeni dizaynımız necədir?