Oktyabr ayının sonuna ölkə ərazində formalaşmış seysmogeodinamik şəraitin təhlilinə istinadən əsasən Şəki-Oğuz və Mərkəzi Xəzər seysmogen zonaları, qismən isə Şamaxı seysmoaktiv zonasının cənub-şərq kəsimi potensial seysmik risk zonası olaraq proqnozlaşdırılır.
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.
Bildirilib ki, hər üç zonada klassik yerli zəlzələlərin baş vermə ehtimalı nisbətən yüksək sayıla bilər.
Qeyd olunub ki, geodinamik gərginliyin mövcud qiymətləri kritik olmadığından belə seysmik hadisələrin maqnitudası 3-4-dən artıq proqnozlaşdırılmır.
Sorğu
Yeni dizaynımız necədir?