Türkiyənin baş naziri Əhməd Davudoğlu Serbiya prezidenti Tomislav Nikoliçə müraciət edərək rəsmi Moskva və Ankara arasında əlaqələrin normallaşmasına kömək etməyə çağırıb. Adim.az oxu.az-a istinadən bildirir ki, Serbiya liderinin rəsmi saytında yerləşdirilən məlumata əsasən, Davudoğlu belə bir bəyanatla Belqrada səfəri zamanı çıxış edib.
Baş nazir qeyd edib, Rusiya-Türkiyə münasibətlərində gərginiliyin azalması rəsmi Ankara üçün vacibdir. Məlumata görə, Nikoliç kömək etməyə hazır olduğunu bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?