Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistan səfəri zamanı bir sıra rəsmilərlə görüş keçirəcək.
Türk mətbuatına istinadən xəbərə görə, nazir görüşdə Türkiyə-Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək.
Ə.Davudoğlunun İrəvana səfəri çərçivəsində ermənistanlı həmkarı Edvard Nalbandyan və Ermənistan prezidenti Serj Sarkisyanla görüşməyi planlaşdırılır.
Türk mətbuatının yazdığına görə, Davudoğlu Ermənistana bir sıra təkliflərlə gedir. Hazırlanan təkliflər paketi İlham Əliyev və Serj Sarkisyanın keçən ay Vyanada keçirilən görüşdən sonra hazırlanıb.
Türkiyə Ermənistanla sərhədin açılması üçün “Qarabağ” şərti hazırlayıb. Bu şərtə əsasən, rəsmi Ankara Ermənistanın 1993-cü ildə işğal etdiyi “Ağdam, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan” olmaqla 7 rayondan ən azı ikisindən çəkilməsini istəyəcək.
Türkiyə bunun qarşılığında Ermənistanla sərhədi açmağı təklif edəcək.
Sorğu
Yeni dizaynımız necədir?