Salyanda fərdi yaşayış evində baş verən yanğın zamanı bir nəfər ölüb, bir nəfər isə yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev və Elçin İmanov küçəsinin kəsişdiyi yerdə qeydə alınıb.
Salyan şəhər sakini, 53 yaşlı Rəsul Əbülfəz oğlu Nəcəfova məxsus üçotaqlı fərdi yaşayış evi yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Salyan Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğısöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Buna baxmayaraq, ev yararsız hala düşüb. Yanğın zamanı evdə olan 77 yaşlı Şəfiqə Məmməd qızı Nəcəfova tüstüdən zəhərlənib. Yaşlı qadın təcili tibbi yardım maşını ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılsa da orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?