GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Oqtay Şirəliyevin korrupsiya sistemi

Oqtay Şirəliyevin korrupsiya sistemi

Tarix: 11-03-2013, 10:10 Bölmə :Ölkə Baxış: 1 424
Oqtay Şirəliyevin korrupsiya sistemi

Bakı Baş Səhiyyə İdarəsində (BBSİ) “stavka” alveri davam edir

34 saylı poliklinikanın USM həkimi Rəhilə Sadıxova poliklinikada qanunsuz olaraq USM həkimi ştatının yaradılması barədə BBSİ rəisi Elmira Əliyevaya yenidən rəsmi müraciət göndərib. Bu barədə “Yeni Müsavat”a R.Sadıxova məlumat verib. R.Sadıxova bildirdi ki, bu, E.Əliyevaya ünvanlanan sayca üçüncü məktub olsa da , müraciətlərinin heç birinə cavab almayıb.
O, müraciətində 34 saylı poliklinikanın baş həkimi Vəfa Əliyevanın rəhbərlik etdiyi poliklinikada sahə terapevti işləmiş Vəfa Abdullazadənin heç bir əsas və ehtiyac olmadan əvəzetmə ilə USM həkimi vəzifəsinə təyin etməsindən yazıb. R.Sadıxova 1996-cı ildən Badamdar qəsəbəsində yerləşən 15 saylı Birləşmiş Səhər Xəstəxanasında ştat cədvəlinə uyğun olaraq 1 ştat vahidi USM həkimi vəzifəsində işlədiyini, bu xəstəxana ləğv edildikdən sonra onun bazası əsasında yaradılmış 34 saylı poliklinikada BBSİ-nin 339/K saylı əmri ilə ştat cədvəlinə uyğun olaraq 1 ştat vahidi ilə yeganə USM həkimi kimi fəaliyyətini davam etdirdiyini bildirir: “2006-cı ildə bu poliklinikada fəaliyyətə başlayandan sonra baş həkim mənə 1 ştat vahidinin 0.5 vahidindən imtina etməyi təklif etdi. Bu təklifdən imtina edəndən sonra baş həkimin qəzəbinə tuş gəldim. Baş həkim 0.5 ştat vahidi müalicə-bədən tərbiyəsi həkimi ştatını USM həkimi ştatı ilə əvəz etdi və sahə həkimi Vəfa Abdullazadənin mənim iş rejimimə mane olmamaq şərtilə müvəqqəti olaraq bu vəzifədə fəaliyyət göstərməsinə icazə verdi. Səhiyyə nazirinin 2009-cu ildə verdiyi əmrinə əsasən bir həkimin iki vəzifə daşıması qadağan olunur. Amma bu əmr Vəfa Abdullazadəyə şamil edilmədi. Vəfa Abdullazadə əsas ixtisası üzrə 2010-cu ildə terapiya ixtisasartırma kursunda olub. 2011-ci ilin martında bu ixtisas üzrə həkimlərin sertifikasiya imtahanına çağırılıb. Amma bu çağırış sonradan mənə məlum olmayan səbəblərdən ləğv edildi. 2011-ci ildə nazir əvəzetmə vəzifələrinin ləğvinə dair əmr verdi. Nazirin bu əmri də Vəfa Abdullazadəyə şamil edilmədi. O, baş həkimlə anlaşaraq USM ixtisası üzrə sertifikasiya imtahanına göndərilməsini istəyib. Baş həkim onun istəyinə uyğun olaraq Səhiyyə Nazirliyinin Sertifikasiya Mərkəzinə yanlış məzmunlu məktub yazaraq Vəfa Abdullazadənin 2011-ci il dekabrın 28-də sertifikasiya imtahanına buraxılış vəsiqəsi almasına nail oldu. Bu məqsədlə Vəfa Abdullazadənin əmək kitabçası da saxtalaşdırılıb.
Saxta sənədlərlə sertifikat əldə etdikdən sonra Vəfa Abdullazadə və baş həkim Bakı Baş Səhiyyə İdarəsi rəhbərliyi ilə anlaşaraq, 2012-ci ilin ştat cədvəlinə 0.5 vahid USM həkimi ştatı əlavə ediblər. Bu isə nazirin 143, 151, 119 saylı əmrlərinə ziddir. Çünki bu əmrlərə əsasən ştat cədvəlindən artıq ştat vahidinin yaradılması yolverilməzdir. Ştat vahidinin yaradılması yalnız Səhiyyə və Maliyyə Nazirliklərinin razılığı ilə həyata keçirilə bilər.
R.Sadıxova yazıb ki, BBSİ-nin rəisi E.Əliyeva ona qanun pozuntusuna yol verənlərin ciddi cəzalandırılacağını desə də, hələ də tədbir görülməyib: “Nazir Oqtay Şirəliyev Elmira Əliyevaya böyük etimad göstərərək Bakı Baş Səhiyyə İdarəsinin rəhbərliyini ona etibar edib. O, baş verənləri cənab nazirə məruzə etmək əvəzinə cinayət xarakterli əməlləri ört-basdır edir. Prezident fevralın 12-də müşavirə zamanı vətəndaşların müraciətlərinin dinlənilməsi, qanuni tələblərinin təmin edilməsi və qanunu pozan məmurun ciddi cəzalandırılmasını söyləyib. Prezidentin fevralın 16-da imzaladığı sərəncamda büdcədən maliyyələşən təşkilatlarda vəsaitlərin təyinatı üzrə xərclənməməsi, ştat cədvəlində nəzərdə tutulduğundan artıq ştat vahidlərinin yaradılması ciddi qanun pozuntusu kimi göstərilib”.
R.Sadıxova yazıb bildirir ki, indiyədək nazir O.Şirəliyevə göndərdiyi teleqram və məktublar nazirdən gizlədilib: “Baş vermiş ciddi qanun pozuntuları ilə əlaqədar nazir Oqtay Şirəliyevdən məni qəbul etməsini xahiş edirəm”. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirl bildirdi ki, R.Sadıxova O.Şirəliyevin qəbuluna düşmək üçün nazirliyin ümumi şöbəsinə müraciət etməlidir: “Hər ayın 1-dən 10-dək nazirin qəbul günləridir”.

Firuddin Bəşirov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Oqtay Şirəliyevin də adamları düzəlmir ki, düzəlmir

    Oqtay Şirəliyevin də adamları düzəlmir ki, ...

    13-05-2014, 10:10

  • 
  • Nazirlik yoxlamaya başladı, doğum evinin baş həkimi işdən çıxdı

    Nazirlik yoxlamaya başladı, doğum evinin baş ...

    25-11-2015, 14:08

  • 
  • Qazaxda diaqnostika mərkəzinin baş həkimi cərrah həkimi bıçaqladı

    Qazaxda diaqnostika mərkəzinin baş həkimi cərrah ...

    31-08-2013, 12:52

  • 
  • Xətaidəki 7 saylı poliklinikada rüşvət fırtınası

    Xətaidəki 7 saylı poliklinikada rüşvət fırtınası ...

    21-06-2013, 00:49

  • 
  • Oqtay Şirəliyevin səhiyyəsində korrupsiya rüzgarı

    Oqtay Şirəliyevin səhiyyəsində korrupsiya rüzgarı ...

    26-06-2013, 00:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu