Artıq gələn il uzun avtobuslar paytaxtda xəttə çıxacaq.
Bunu "BakuBus" şirkətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda şirkətin marşrutlarının birində 18 metr uzunluğunda olan avtobuslardan biri sınaq rejimində işləyir.
N.Allahyarova qeyd edib ki, bu avtobuslar Bakının heç də bütün yollarına uyğun deyil. Ona görə də onların uzun müddət sınaq rejimində işləməsi normaldır: "Avtobus hazırda sınaq rejimində müxtəlif marşrutlar üzrə işləyir. Bakının bütün küçələri belə avtobusların hərəkəti üçün uyğunlaşdırılmayıb, Bizim çoxlu dar küçələrimiz var və orada belə avtobuslar dönə bilməz. Buna görə də belə avtobuslar üçün ən optimal marşrutu nəzərdən keçiririk".
Qeyd edək ki, uzunluğuna görə əsasən metrobus adlanan bu avtobuslar təxminən 170 nəfər sərnişin tutumuna malikdir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?