Füzuli rayonun ən böyük yaşayış məntəqəsi olan Böyük Bəhmənli kəndində dünəndən qiymət artımına etiraz başlayıb. Bu barədə mia.az-a rayon sakinləri məlumat veriblər.
Məlumata görə, narazılar Horadiz-Bakı qatarının qarşısını kəsib. Füzuli rayon icra başçısı Alı Alıyev hadisə yerinə gəlib. Etirazçılar başçı ilə danışmaqdan imtina ediblər. Hazırda isə 500 nəfərdən artıq sakin ərazidəki sərhəd zastavasının qarşısına yığılıblar. Narazılığın əhatə dairəsi genişləndiyi üçün icra başçısı da hadisə yerinə gəlib.. Əraziyə Sərhəd Qoşunlarının əsgərlərinin cəlb olunduğu bildirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?