Eyni tələblərlə Siyəzən və Ağcabədi rayonunda aksiyalar keçirilib
Bu saatlarda Lənkəran sakinləri bahalaşma əleyhinə etiraz aksiyası keçiriblər. Sakinlər devalvasiyadan sonra müşahidə olunan kəskin qiymət artımına etiraz edir.
Etirazçılar Liman qəsəbəsindəki Bakı-Astara yolunu bağlayıblar. Polisin aksiyanın qarşısını almağa cəhd etdiyi bildirilir.
Qiymət artımına etiraz aksiyalarının Siyəzən və Ağcabədi rayonlarında da keçirildiyi bildirilib. Aksiya iştirakçılarının Meydan TV-yə verdiyi məlumata görə, Siyəzəndə rayon icra başçısı Asif Hüseynov hadisə yerinə gəlib. Etirazçılar başçı ilə danışmaqdan imtina ediblər və öz deputatlarını tələb ediblər. Gəlmədikdə səhərə qədər aksiyalarını davam etdirəcəklərini bildiriblər.
Ağcabədidən aksiyaçıların bildirdiyinə görə isə 3 nəfər etirazçı intihar etməyə cəhd edib. Sakinlər bunun qarşısını alıblar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?