Bu gün səhər saatlarında Ağcabədidə bahalaşan qaz və işıq əleyhinə etiraz aksiyası keçirilib. Bu haqda aksiya iştirakçıları biri məlumat verib. Məlumatda aksiyaçılardan bir neçəsi icra hakimiyyəti binasının damına çıxaraq intihar etmək istədikləri də qeyd olunub. Aksiya iştirakçıları təxminən bir neşə saat Ağdam-Ağcabədi yolunu da bağlayıblar. Verilən xəbərə görə 200 -ə yaxın rayon və kənd cammatı yolu açdıqdan sonra rayon icra hakimmiyyətinə yürüş ediblər.
Azerinews.tv-yə verilən məlumata görə rayonda son aylar qaz və işığın verilməməsi yerli sakinlərdə qəzəbə səbəb olub. Bundan başqa verilməyən qaz və işıq pulunu əhalidən cərmələrlə aldıran sözü geden idarə rəhbərləri cərmə oyununu ortalığa ataraq yerli sakinlərdən pul qopardırlar. Buda rayonda aksiyaların başlanmasına rəvac verib. Ən son məlumatlara görə aksiya hələlik polis gücünə dayandırılsada insanlar etirazların davam etdirəcəklərini bildiriblər...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?