Məhkəmənin baxış iclası yanvarın 26-na təyin edilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Yusif Bağırovun cinayət işi üzrə məhkəmə başlayıb. gundemxeber.az report-a istinadən bildirir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası yanvarın 26-na təyin edilib.
Qeyd edək ki, hadisə 2015-ci ilin iyulun 14-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Gəncə şəhər sakini Abbas Mehdiyevə məxsus "AzSamand" markalı avtomobildə 1959-cu il təvəllüdlü Rauf Əliyev bıçaqla qətlə yetirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə apardığı tədbirlər nəticəsində R.Əliyevi bıçaqla qətlə yetirən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Bağırov tutulub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?