Bakıda fəaliyyət göstərən "Yuğ" teatrı müvəqqəti ünvana köçürüləcək.
Adim.az bildirir ki, Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilir. Aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət "Yuğ" teatrının (M.Muxtarov küçəsi, 83) binasının da sökülməsi nəzərdə tutulub.
Nazirlik tərəfindən teatrın kollektivinin müvəqqəti olaraq yerləşdirilməsi və fəaliyyəti üçün zəruri işlər həyata keçirilir. Teatrın müvəqqəti fəaliyyət göstərməsi üçün ünvan məlum olduqdan sonra teatrsevərlərə bu barədə məlumat veriləcək.
"Yuğ" teatrı üçün yeni binanın tikintisi məsələsi də gündəmdədir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?