Sumqayıt Dram Teatrında səs rejissoru Anar Süleymanov sözügedən teatrın direktorunu məhkəməyə verib.
Bu barədə AzNews.az-a Anar Süleymanov özü məlumat verib. Rejissor direktoru qanunsuz hərəkətlərinə görə, məhkəməyə verdiyini deyir: “Hazırda direktor vəzifəsində çalışan Mehman Şükürovu mənə qarşı qanunsuz hərəkətinə görə, məhkəməyə vermişəm.
Fevralın 6-da məhkəmə olacaq. Ümumiyyətlə, mən Mehman Şükürovu teatrda çoxsaylı qanunsuzluqlara görə bu işi Baş Prokurorluğa vermişəm. Bu şəxsi mən teatrda etdiyi maliyyə maxinasiyasına görə məhkəməyə vermişəm. Atam da xalq artistidir. Bilirəm ki, teatr nədir. Bu adam teatrı talan edir. Teatrda ancaq teatrın adı qalıb. Mən bununla bağlı ilk olaraq, Mədəniyyət və Turizm Nazirliyinə yazılı şəkildə şikayət etmişəm.
Sumqayıt teatrının direktoruna mənim Mədəniyyət və Turizm Nazirliyinə şikayətimdən sonra Mehman Şükürova töhmət verilib, teatrın müavini Vidadi Məmmədova, teatrın baş rejissoru Firudin Məhərrəmova isə xəbərdarlıq edilib. Bütün bunlardan sonra teatrda mənə qarşı təzyiqlər artıb. Deyirlər ki, səni burada qoymayacağıq. Direktor və onun müavini tərəfindən mənə qarşı təzyiqlər davam edir”.
Xatırladaq ki, Anar Süleymanov xalq artisti Məzahir Süleymanovun oğludur və o, 40 ildir ki, Sumqayıt Dövlət Musiqili Dram Teatrında işləyir.
Sorğu
Yeni dizaynımız necədir?