Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda gəlinini güllələyərək qətlə yetirən 84 yaşlı Amaxan Nəcəfovun işi üzrə məhkəmə prosesi keçirilib.
gundemxeber.az Trend-ə istinadən bidirir ki, prosesdə cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Növbəti məhkəmə prosesi yanvarın 22-nə təyin olunub. Növbəti prosesdə prokuror təqsirləndirilən şəxsə cəza istəyəcək.
Xatırladaq ki, hadisə keçən il iyulun 24-də Qusar rayonunun Avaran kəndində baş verib. Kənd sakini Nəcəfov Amaxan Elayyədin oğlu gəlini, 1977-ci il təvəllüdlü Məmmədova Sevinc Malik qızına ov tüfəngindən atəş açaraq öldürüb. Bununla kifayətlənməyən qayınata mətbəx bıçağı ilə gəlinin başını da kəsib.
Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla törədildikdə) və 228-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi açılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?