Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.
İnsident Maştağa qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini öz gəlini A.M.-nı ərinə xəyanət etdiyi üçün tüfənglə qətlə yetirib. İlkin məlumata görə, 1993-cü il təvəllüdlü A.M.Xanağa qızı qonşuluqda olan bir oğlanla görüşürmüş. Bundan xəbər tutan qızın qayınatası tüfənglə onun başından atəş açaraq öldürüb.
Sabunçu RPİ-nin 14-cü polis bölməsinin əməkdaşları və rayon prokurorluğunun istintaqçıları hadisə yerində olub və müayinələr aparıb. Gəlinini öldürən qayınata saxlanılıb.
Fakt üzrə Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb./APA
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?