ANS-in məlumatına görə, səhər saat 10 radələrində 9-cu mikrarayon Həmzə Babaşov küçəsində 19-20 yaşlarında bir gənc dünyasını dəyişib. Gəncin yol gedərkən yıxılaraq öldüyü bildirilir. Təcili və Təxirə Salınmaz Tibbi Yardım Xidmətindən verilən ilkin məlumatda gəncin buzlu yolda gedərkən yıxılaraq başından aldığı zədədən dünyasını dəyişdiyi bildirilir. Hadisə şahidləri adını bilmədikləri gəncin Həmzə Babaşov küçəsində 6 saylı binada yaşayan bibisinin - Bahar adlı qadının evində qonaq olduğu deyirlər. Onların sözlərinə görə, gənc 3 gün əvvəl əsgərlikdən gəlib və yaxın ərazidə yerləşən şadlıq evlərinin birinə işə düzəlməyə gedirmiş.
Təcili və Təxirə Salınmaz Tibbi Yardım Xidmətindən həmin gəncin kimliyinə də aydınlıq gətirilib. Bu - 21 yaşlı Ağamehdi Mehdizadədir. Həkimlər gəncin bədənini müayinə edərkən onda gözlə müşahidə olunan heç bir zədə və xəsarət aşkarlanmayıblar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?