Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrailin “muzdlu qatili” hesab olunan Məhəmməd Dahlan Yaxın Şərqi qarışdırmaq üçün yeni planlarını tətbiq edir.
Dahlanın nəzarətində işləyən Suriya Milli Müxalif və İnqilabçı Qüvvələr Koalisiyasının keçmiş rəhbəri Əhməd Carba müxtəlif tayfalardan topladığı 3 min ərəb döyüşçünü ABŞ-PYD ittifaqına verib. Carbanın Hasekedə qərargah qurduğu və İdlibə hücuma hazırlaşdığı bildirilir. Daha əvvəl yayılan xəbərə görə, Məhəmməd Dahlan Misirdə 8 min terrorçunun yerləşdiyi düşərgə yaradıb. Bir il yarım əvvəl Sina yarımadasında qurulan düşərgə BƏƏ tərəfindən dəstəklənir. Düşərgədəki terrorçuların Türkiyə, Sudan, Liviya və Qətər başda olmaqla Yaxın Şərqdə sensasiyalı terror aktları törətmək üçün hazırlanır. Dahlan həmçinin 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhd edən “Fəthullahçı Terror Təşkilatına” (FETÖ) dəstək verməkdə ittiham olunur. Qətər Universitetinin əməkdaşı, Yaxın Şərq üzrə mütəxəssis Məhəmməd Muxtar Şankitinin sözlərinə görə, BƏƏ-də Məhəmməd Dahlanın liderlik etdiyi qrup FETÖ-yə 3 milyard dollarlıq dəstək verib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?