Yanvarın 21-də Britaniya keçmiş rusiyalı casus Aleksandr Litvinenkonun 2006-cı ildə ölümü üzrə təhqiqatı açıqlanıb. gundemxeber.az euronews-a istinadən xəbər verir ki, İngiltərədə 2006-cə ildə zəhərlənərək öldürülən keçmiş KQB əməkdaşı Aleksandr Litvinenkoya qarşı hazırlanan əməliyyata Rusiya prezidenti Vladimir Putinin razılıq verməsi nəticəsinə gəlinib.
Londonda açıqlanan müstəqil ekspertizanın nəticələrinə görə, Kremlə soyuq münasibəti ilə tanınan Litvinenko ilə prezident Putin arasında cinayətə səbəb ola biləcək şəxsi düşmənçilik olub. Londonda Litvinenkonu zəhərləyən Dmitri Kovtun və Andrey Luqovoyun isə Rusiya məxfi xidməti olan FSB (Federal Təhlükəsizlik Xidməti) rəhbərliyində təmsil olunduğu açıqlanıb. A.Luqovoy1966-cı ildə Bakıda hərbçi ailəsində anadan olub, Bakıda və Gəncədə yaşayıb.
Moskvaya qarşı ciddi ittihamlar səsləndirən sabiq KQB əməkdaşı Litvinenko ona bəzi məlumatlar verəcəyini deyən rus xəfiyyələri Luqovoy ve Kovtun ilə 2006-cı ildə Londonda gizli görüşəndən sonra xəstəxanaya aparılmışdı. Çayına əlavə edilən Polonium-210 maddəsindən zəhərləndiyi bildirilən Litvinenko 43 yaşında dünyasını dəyişmişdi.
Sui-qəsdin arxasında prezident Putinin olması iddialası isə Kreml tərəfindən rədd edilmişdi. Rəsmi Moskva Litvinenkonun ingilis məxfi xidmətinə qulluq etdiyini və onun ölümünə görə M16-nın məsuliyyət daşıdığını iddia etmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?