GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rus kəşfiyyatının məşhur killeri ölüb

Rus kəşfiyyatının məşhur killeri ölüb

Tarix: 6-06-2022, 18:49 Bölmə :Dünya Baxış: 500


Rusiya kəşfiyyatı zaman-zaman xaricdə həyata keçirdiyi sui-qəsd iddiaları ilə gündəmə gəlir. Aleksandr Litvinenkoya edilən sui-qəsd ən qalmaqallılarından biridir. İddia olunur ki, Kremlin göstərişi ilə kəşfiyyat əsasən dissident həyatı yaşayanları və xaricdəki kəşfiyyatçıları hədəf alır.

Rusiya kəşfiyyatının maraqlı sui-qəsd cəhdlərinə əl atdığı bildirilir.

“Soyuq müharibə” dövründən bəri sui-qəsd cəhdlərində istifadə edilən silahlar da olduqca diqqətəlayiqdir.

1978-ci ildə Sovet İttifaqına müxalif mövqeyi ilə seçilən məşhur bolqar yazıçısı Georgi Markov İngiltərənin paytaxtı Londonda zəhərli güllə atan “Bolqar çətiri” kimi tanınan silahla öldürülüb.

2006-cı ildə Londonda başqa bir sui-qəsd də baş verib. Putinin əleyhdarı Aleksandr Litvinenko zəhərlənərək öldürülüb. İndi məlum olur ki, Litvinenkoya sui-qəsddə şübhəli bilinən Dmitri Kovtun COVİD-19 səbəbiylə bir müddət əvvəl Moskvada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, A. Litvinenkonun qətli dünyada narahatlıqla qarşılanıb. Hadisədən sonra Britaniya səlahiyyətlilərinin apardığı araşdırmada Litvinenkonun içkisinə insan orqanizmində böyük dağıntılara səbəb olan nadir radioaktiv Polonium-210 maddəsinin atıldığı müəyyən edilib.

İstintaq bildirib ki, Dmitri Kovtun və Andrey Luqovoy Londonun mərkəzindəki oteldə qalan Litvinenkonun içkisinə radioaktiv maddə qataraq onu zəhərləyiblər və keçmiş agentin dəhşətli ağrılarla ölümünə səbəb olublar. A. Litvinenko xəstəxanada bir müddət müalicə olunduqdan sonra dünyasını dəyişib.

D. Kovtun və A. Luqovoyun olduqları yerlərdə də araşdırma aparan Britaniya səlahiyyətliləri, orada Polonium-210 izlərinə rast gəliblər.

Litvinenkonun ölümü ilə bağlı aparılan araşdırmada, sui-qəsddə istifadə edilən radioaktiv materialın ancaq nüvə reaktorundan gələ biləcəyi və bu, sui-qəsdin arxasında dövlət müdaxiləsinin güclü göstəricisi olduğu bildirilib.

Rusiyanın aparıcı mediası adı A. Litvinenkonun qətlində hallanan D. Kovtunun ölməsi barədə məlumat yayıb. “Bu gün yaxın və sadiq dostum Dmitri Kovtunun koronavirus infeksiyası səbəbindən ağır xəstəlik nəticəsində qəflətən dünyasını dəyişdiyi barədə kədərli xəbər aldıq. Bu, bizim üçün əvəzsiz və çətin itkidir. Dmitrinin bütün qohumlarına və dostlarına ürəkdən başsağlığı verirəm. Yaxşı yat, əziz dostum! Biz səni heç vaxt unutmayacağıq”,- deputat A. Luqovoy bildirib.

Kovtunun 2006-cı ildən bəri müxtəlif sağlamlıq problemlərinin olduğu iddia edilib və sağlamlıq problemlərinin Litvinenkoya sui-qəsdi zamanı məruz qaldığı radioaktiv maddədən qaynaqlandığı bildirilib.

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2006-cı ildə Londonda keçmiş rus casusu A. Litvinenkonun qətlinə Rusiyanın məsuliyyət daşıdığına qərar verib. AİHM-in qərarında qeyd olunub ki, “Litvinenkonun öldürülməsi Rusiyaya aid edilə bilər”. A. Litvinenkonun həyat yoldaşı Marina Litvinenkonun iddiası yekunlaşdıqdan sonra Rusiya sui-qəsddə iştirakını inkar edib. Rusiya rəsmiləri bəyanat yayaraq, D. Kovtun və A. Luqovoy haqqında beynəlxalq həbs qərarına əməl etməyəcəklərini bildiriblər.

Litvinenkoya sui-qəsdlə bağlı aparılan istintaq zamanı müəyyən edilib ki, D. Kovtun və A. Luqovoyun Rusiya xüsusi xidmət orqanları ilə əlaqələri var. A. Litvinenkonun qətlinə FTX-nın o vaxtkı direktoru Nikolay Patruşev və prezident Putinin razılıq verdiyi bildirilib.

Sui-qəsdin səbəbləri arasında Litvinenkonun Rusiyanı tərk etdikdən sonra Britaniya kəşfiyyatı ilə münasibətləri, Rusiya kəşfiyyatını sərt tənqid etməsi və Putinin Rusiyadan kənarda yaşayan əleyhdarları ilə əlaqələri sayılıb. Litvinenkonun Putinlə şəxsi ədavətinin olduğu və sui-qəsd əmrinin də bu səbəbdən verildiyi iddia edilir. //Reyting.az//

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putinə sui-qəsd hazırlayan terrorçu Serbiyada saxlanıldı

    Putinə sui-qəsd hazırlayan terrorçu Serbiyada ...

    16-01-2019, 12:22

  • 
  • Litvinenkonun qatillərindən biri Bakıda doğuılub - İz Putinin üzərinə gətirir

    Litvinenkonun qatillərindən biri Bakıda doğuılub ...

    21-01-2016, 21:51

  • 
  • Keçmiş prezidentə qarşı sui-qəsd olundu

    Keçmiş prezidentə qarşı sui-qəsd olundu ...

    3-04-2014, 12:18

  • 
  • Vergilər “nazir”inə qarşı SUİ-QƏSD EDİLDİ

    Vergilər “nazir”inə qarşı SUİ-QƏSD EDİLDİ ...

    23-09-2017, 18:57

  • 
  • Ərdoğana sui-qəsd planı

    Ərdoğana sui-qəsd planı ...

    9-03-2015, 22:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu