Moderator.az Corc Sorosun xarici mətbuata Avropanın gələcəyi ilə bağlı verdiyi bədbin proqnozları öz oxucularına təqdim edir.
Qeyd edək ki, bir zamanlar bu şəxs Azərbaycanda da məhşur idi və onun rəhbərliyi və maliyyəsi ilə Soros Fondu fəaliyyət göstərirdi. Hətta bir zamanlar C. Soros MDB məkanında rəngli inqilabların ilhamvericisi hesab olunurdu. C. Soros mətbuata açıqlamasında bəyan edib ki, yaxın zamanlarda Avropanı bir deyil, birdən-birə 5-6 böhran gözləyir. Bu böhran bir sıra ölkələrin Avropa İttifaqından çıxması ilə nəticələnək.
C. Soros hesab edir ki, böhranın birincisi miqrant axını və bunun nəticəsində Avropada sərbəst hərəkətə olan qadağalardır. “Artıq bir sıra Avropa ölkəsi Şengen vizasından imtina etmək barədə düşünür və sərhədlərini bağlamaq haqqında düşünür”, Soros qeyd edib. İkinci əsas amil kimi C. Soros Avropa məkanında azad kapital axınının təhlükə altında olmasını göstərir. Belə ki, Yunanıstan, İspaniya, Portuqaliyadakı böhran nəticəsində investorlar və ölkələr öz sərmaylərini riskə gedərək yatırmaqdan çəkinməyə başladılar. C.Soros bunu Avropanın gələcəyi üçün çox təhlükəli amil hesab edir. Hətta bu sonda vahid valyuta olan avrodan imtinaya gətirə bilər.
C.Soros Avropa üçün növbəti təhlükəni Böyük Britaniyanın Avropa İttifaqından çıxmaq barədə planlaşdırdığı referendumu hesab edir. Onun fikrincə, bu çox ciddi məsələdir və britaniyalıların əksəriyyəti bu məslənin üstündə möhkəm dayanıblar. Onlar hesab edir ki, Aİ-dən çıxamaq onların bank sektorunda çalışanların xeyrinə olacaq. Çünki, Şərqi Avropadan və Aralıq dənizi regionundan gələn mütəxəssislər daha ucuz şərtlərlə banklarda işləyir. Bu da yerli əhalinin heç də xoşuna gəlmir. Britaniyalılar hesab edir ki, bu yolla miqrantlar əmək bazarını “öldürürlər”. Soros deyib ki, əgər Britaniya Aİ-dən çıxarsa bu qurumun faktiki məhvidir.
C. Soros digər təhlükəli amil kimi Şərqi Avropada bəzi qüvvələrin milli özünüdərk etmə faktını göstərir. “Şərqi Avropada bəzi siyasi liderlər milli özünüdərk və dini pərdə adı altında “təhlükəli kokteyl” qarışdırmaqla məşğuldurar”. O buna misal olaraq macar lideri Viktor Orbanın, Polşa hakim partiyasının lideri Yaroslav Kaçinskinin adını nümunə çəkib.
C. Soros ən təhlükəli məqam kimi Almaniyanın Avropada vahid gücə çevrilməsini də ciddi təhlükə hesab edir. Onun fikrincə, Almaniyanın güclənməsi yenidən Avropanın işğalı ilə nəticələnə bilər. Bununla belə C.Soros hesab edir ki, Avropanı üzləşdiyi təhlükələrdən xilas edə biləcək yeganə ölkə də məhz Almaniya və onun lideri Angela Merkel ola bilər. “Avropanın digər ölkələrindən fərqli Almaniya dinamik inkişaf yolundadır. Ona görə də, Almaniya öz ambisyalarından geri durmalı, siyasi qərar verərək Avropanı xilas etmək üçün məsuliyyəti öz üzərinə götürməlidir”.
Milyarder sonda onu da əlavə edib ki, Avropanın gələcəyi üçün quruma üzv ölkələr öz suverenliyindən və valyutalarından imtina etməlidirlər. Əgər yuxarıda deyilənlərə əməl olunmayacaqsa yaxın gələcəkdə biz Avropa İttiqafının bir qurum kimi məhvinin şahidi olacağıq, deyə milyarder bildirib...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?