Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər Moderator.az-a açıqlamasında ölkədəki mövcud maliyyə-iqtisadi böhran və bu böhranın doğurduğu etirazları şərh edib: “Məlum olduğu kimi, vəziyyətin ağırlaşması regionlarda etirazlara səbəb olmaqda, insanların narahatlıq və narazılığını artırmaqdadır. Müxtəlif inzibati tədbirlərlə yanaşı, etiraz aksiyalarında fəal iştirak edən şəxslərin həbsi reallaşır ki, bu da çıxış yolu sayıla bilməz. Böhrandan çıxmaq üçün köklü islahatlar həyata keçrimək, insanların sosial rifahının yüksəlməsinə nail olmaq lazımdır. İş yerlərinin yaradılması, insanların məşğulluq probleminin həlli xüsusilə mühüm əhəmiyyət kəsb edir. Hökumət problemlərin mahiyyətinə varmalı, onların formal deyil, köklü, prinsipial həlli istiqamətində iradə ortaya qoymalıdır. Nə qədər ki, bu baş verməyib, hansısa müsbət dəyişikliyə nail olmaq mümkün olmayacaq”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?