Noyabr ayında Siyerra-Leonedə Ebola virusuna son qoyulduğunun elan edilməsinə baxmayaraq, yanvarın 21-də ikinci şəxsin bu virusa yoluxduğu bildirilib. gundemxeber.az Publika.az-a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Məlumata görə, birinci yoluxma hadisəsi bir qadında keçən həftə müəyyən edilib. Qadın yanvarın 12-də vəfat edib.
Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü bildirib ki, qadın xəstə olduğu zaman ona qulluq edən xalasının analiz nəticələri müsbət çıxıb.
O deyib ki, qadının xalası nəzarətə götürülüb və müalicə olunur.
Ebola epidemiyası Cənubi Afrika, Liberiya və Qvineyada 11 min insanın ölümünə və 28 mininin yoluxmasına səbəb olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?