Türkiyə ilə əldə etdiyi razılığı icra etmək üçün cəld hərəkətə keçən Rusiya hərbi polis qüvvələri sərhədyanı bölhəyə daxil olub. Suriyanın şimalı ilə bağlı sövdələşmənin şərtlərinə uyğun olaraq ruslar ərazidəki kürd qüvvələri geri çəkilməyə, əks təqdirdə Türkiyə ilə üz-üzə durmaq barədə ultimatum veriblər.
Rusiya çərşənbə günü kürd YPG qüvvələrinə Rusiya-Türkiyə razılaşmasına əməl etmədikləri və Suriyanın Türkiyə ilə şimal-şərq sərhədlərindən tam çəkmədikləri təqdirdə Türkiyənin əməliyyatları davam etdirəcəyi ilə bağlı xəbərdarlıq edib.
Çərşənbə axşamı Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Türkiyə-Suriya sərhədindəki durumu müzakirə ediblər. Moskva bu xəbərdarlığı Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın razılaşmasına əsasən Rusiya və Suriya təhlükəsizlik qüvvələrinin YPG döyüşçülərinin Suriyanın şimal sərhədindən azı 30 kilometr uzaqlaşmasına nəzarətə başlamazdan əvvəl edib.
YPG-nin tamamilə bölgəni tərk etməsi Ərdoğanın oktyabrın 9-da sərhəddə başladığı hücumunun qələbəsi olardı. O, kürd döyüşçülərini sərhəddən qovmaq və suriyalı qaçqınların geri qayıtması üçün “təhlükəsiz bölgə” yaratmaq istəyir.
ABŞ-ın vasitəçilyi ilə əldə edilən atəşkəsin uzadılmasına dair sənəddə Putinin Suriyada nüfuzunu artıdığı və illərdən sonra ilk dəfə müttəfiq prezident Əsəd qüvvələrinin Suriyanın şimal-şərqinə qayıtması və çərşənbə günü Suriya sərhədçilərinin əraziyə yerləşdirilməsini təsdiqlənir.
Prezident Donald Trampın ABŞ qüvvələrini Suriyadan çıxarmaq qərarı Amerikada daxilində hər iki partiyanın sərt tənqidləri ilə qarşılanıb. Bu addım Türkiyənin ərazidə hərbi əməliyyatlara başlamasına zəmin yaradıb.
ABŞ əsgərlərinin Suriyanın şimalını tərk etməsi Türkiyənin bölgəyə hərbi müdaxiləsinə zəmin yaradıb. Bu arada Tramp Suriyanın şimal-şərqindən kürd qüvvələrinin çıxarılmasından və Türkiyənin onlara qarşı hərbi əməliyyatlarının bitməsindən sonra Türkiyə-Suriya sərhədində "böyük uğur" əldə edildiyini bildirib.
"Türkiyə-Suriya sərhədində böyük müvəffəqiyyət. Təhlükəsiz bölgə yaradıldı! Atəşkəs riayət edildi və döyüş tapşırıqları tamamlandı. Kürdlər təhlükədə deyil və bizimlə yaxşı əməkdaşlıq etdilər. İŞİD-in əsir götürdüyü insanlar azad edildi, Təşəkkür edirəm! Ağ Evdən sizi məlumatlandıracağam,"Tramp Twitterdə yazıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?