Əməkdar artisti Lalə Məmmədova süni qiymət artımından gileylənib.
Musavat.com saytına açıqlama verən əməkdar artist sahibkarları xalqı anlamağa çağırıb:
"Sənətdən əldə etdiyim gəlirlə müəllimlikdən əldə etdiyim gəlir eyni deyil. Səhnə adamıyam, sənətdən qazandığım gəlir xərclərimdən azdır. Efirə çıxırıq, məcburuq ki, gözəl geyinək, saçımız, makiyajımız yerində olsun. Tamaşaçıya maddi durumumun yaxşı olmaması maraqlı deyil, onlar bizi hər zaman formada görmək istəyirlər. Toyların sayının azalması ürək ağrıdandır. Ümidsizliyə qapılmıram, hər şeyin düzələcəyinə inanıram. Mənim ticarət mərkəzim, biznesim yoxdur. Toylardan qazanıram. Bir də dövlətdən aldığım 300 manat maaşdır. Onun da 60 manatı vergiyə çıxılır. 240 manatla iki övlad böyüdüb, özümü də müğənni kimi təmin edə bilmərəm. İnsanları manatın dəyərinin düşməsi deyil, ümidsizlik üzür. Ümidsizliyin yox olmasını istəyirəm. İstəyirəm ki, insanlarda ümid yaransın. Dövlət başçımız ağıllı bir siyasətçidir. Onun yürütdüyü siyasətlə biz bu böhranı keçəcəyik. Başqa ölkələr də bu böhran dövrünü keçiblər. O xalqın nümayəndələri deyirlər ki, "Böhran zamanı biz bir olduq. Heç kəs heç kəsi aldatmadı. Süni şəkildə qiyməti artırmadı". Ürəyim ağrıyır ki, yerli mallarımızın qiyməti süni şəkildə qaldırılır. Hər kəs, gəliri az olsa da, dözməlidir. Çox təəssüf edirəm ki, bu duruma dözmürlər, istifadə edirlər. Biz özümüzə düşmən olmamalıyıq. Bir-birimizi qiymət, çəki barəsində aldatmamalıyıq. Toyların olmamasından çox bu hallar məni narahat edir".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?