16 Aprel 2018-ci ildə, Klassik Xalq Cəbhəsi Partiyası, İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.
İdarə Heyətinin yığıncağında, 11 Aprel 2018-ci ildə keçirilmiş növbədənkənar Prezident seçkilərinin nəticələri müzakirə olunmuşdur. İdarə Heyəti, KXCP Ali Məclisinin 17 fevrtal 2018-ci il tarixli Sessiyasının “11 Aprel 2018-ci il tarixdə keçiriləcək növbədənkənar Prezident seçkilərini boykot etmək haqqında” qərarının yerinə yetirildiyini, boykotun baş tutduğunu bəyan edir. 11 Aprel 2018-ci il “məzhəkəsi” - antidemokratik, ədalətsiz, real alternativlər olmadan, müxalifətin iştirak etmədiyi, milli maraqlara uyğun olmayan seçki kimi qiymətləndirilmişdir. KXCP ATƏT-in müşahidə missiyasının seçkilərlə bağlı rəyini dəstəkləyir.
İdarə Heyətinin yığıncağında, Elçibəyin 80 illik yubileyi ilə bağlı tədbirlər planının müzakirəsi davam etdirilmişdir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?