Rusiyanın rəsmi dövlət teleqraf agentliyi İTAR-TASS Ermənistan prezidenti Serj Srkisyanın və separatçı abxaz lideri Aleksandr Ankvabın bir-iki saat fasilə ilə martın 12-də prezident Vladimir Putinlə baş tutan görüşlərinə dair şərh verib. Xatırladaq ki, həmin görüşlərin detallarına dair heç bir informasiya yoxdur. “Bu görüşlər hansısa dərəcədə mümkün siyasi turbulentlik ərəfəsində müttəfiqlərə baxış keçirilməsi hesab oluna bilər” deyə agentlik bildirir. İTAR-TASS qeyd edir ki, hazırda Ermənistan və Gürcüstanın iki separatçı bölgəsi (Rusiya onları müstəqil dövlət kimi tanıyıb.-red) Moskvaya loyal münasibətini təsdiq edir. Gürcüstan isə hakimiyyət dəyişikliyinə baxmayaraq hələ radikal şəkildə Rusiyaya meyl etməyə hazır deyil. “Rusiyanın Azərbaycanla münasibətlərinin perspektivləri isə diplomatlarla siyasətçilərin dəyişməyən dostluq jestlərinə baxmayaraq hələ də formalaşmayıb.Hazırda Azərbaycan Rusiyadan çox Gürcüstanla möhkəm infrastruktur bağları ilə bağlıdır” deyə agentlik bildirir. Bununla belə qeyd olunur ki, Cənubi Qafqazda bütün aktyorlar Rusiyanın birinciliyini qeyd-şərtsiz tanıyır. Rusiyaya loyallıq məsələsinə gəldikdə isə Gürcüstan və Ermənistan Ermənistandan güclü şəkildə fərqlənməkdədir. Rusiya agentliyi bildirir ki, Putinin S.Sərkisyan və A.Ankvabla danışıqlarında Abxaziyadan keçən dəmir yolunun açılmasına dair söhbət getdiyi rəsmi kommunikelərdə əksini tapmır. Bununla belə Gürcüstanıln baş naziri bildirir ki, dəmiryolunu açmaq üçün siyasi iradə var. İTAR-TASS dəmiryolunun açılacağı halda regionda yeni situasiya yaranacağını, Ermənistanın nəqliyyat blokadasından çıxacağını və Qarabağ danışıqlarında daha inamlı mövqe tuta biləcəyini qeyd edir. Agentlik bildirir ki, Rusiya heç də təsadüfən öz saatını Cənubi Qafqaza doğru çevirməyib. Belə ki, apreldə Gürcüstanda yeni siyasi rikslər meydana çıxa, Saakaşvili tərəfdarları hökumətin və parlamentin buraxılması tələbi ilə çıxış edə bilər. “Yaydan isə Azərbaycan prezident seçkiləri kampaniyasına daxil olacaq. Bu kampaniyanın əvvəlkilərdən daha sərt və səs-küylü olacağı gözlənilir” deyə İTAR-TASS bildirir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?