İranda narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilən daha 4 nəfər edam edilib.
Bu barədə İran hüquq müdafiəçiləri məlumat yayıb. Edam edilənlərin məhkəmə prosesi haqda hər hansı bir məlumat verilmir.
Qeyd edək ki, edam edilənlər 10 kiloqramlıq narkotik maddə qaçaqmalçılığında təqsirləndirilən və 5 ildən bəri həbsdə saxlanılan müttəhimlər - Murad İbrahimi, 50 yaşlı Səadətullah Nuri və 32 yaşlı Məhəmmədtağı Səravani, həmçinin Vəli Abididir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?