GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ziyad Səmədzadə Eldar Mahmudovun adından necə istifadə edirmiş?

Ziyad Səmədzadə Eldar Mahmudovun adından necə istifadə edirmiş?

Tarix: 27-01-2016, 21:03 Bölmə :Ölkə Baxış: 0
Ziyad Səmədzadə Eldar Mahmudovun adından necə istifadə edirmiş?

Tanınmış iqtisadçı-alm Şahbaz Muradov 50 ildən çox dostluq etdiyi Ziyad Səmədzadəni niyə yıxıb-sürüdü?


"Sabiq maliyyə naziri Əvəz Ələkbərovun müdafiəyə təqdim etdiyi doktorluq dissertasiya işinə müdafiəsi ərəfəsində yenidən baxılarkən çoxlu plagiat halları və nöqsanlar aşkara çıxarılmışdır"

Beləliklə, redaksiyaya təqdim olunmuş bir qovluq sənədlər içərisində akademik Ziyad Səmədzadənin çoxillik ictimai-siyasi fəaliyyətini əhatələyən ciddi məlumatlar və faktlar var. Onlardan ikisi tanınmış iqtisadçı alim, uzun illər AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru olmuş Şahbaz Muradova məxsusdur. Əvvəli ötən yazıda təqdim olunmuş hissədən də məlumdur ki, Ş.Muradov 50 ildən çox müddətdə yaxın dostluq etdiyi Ziyad Səmədzadə barədə Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə müraciətində yazıb. Ş.Muradov müraciətində daha sonra yazır: «Hörmətli Ramiz müəllim! Ziyad Səmədzadəni məndən yaxşı tanıyan çox az adam ola bilər. Mən onunla düz 54 ildir ki, tanışam. O, öz şəxsi mənafeyini hər şeydən üstün tutan və Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi: "Konyunkturaya xidmət edən adam”dır. Bunu son vaxtlar onun elmi rəhbərlik və opponentlik etdiyi dissertasiya işlərinin müəlliflərinin və onun sədrlik etdiyi Dissertasiya Şurasında müdafiə edənlərin kimliyindən də aydın görmək olar. O, çox hallarda imkanlı adamlara və onların övladlarına, vəzifəli şəxslərin və məmurların işinə yarayır. Belə adamların isə mənim rəhbərlik etdiyim institutda və sədrlik etdiyim Dissertasiya Şurasında müdafiə etməsi çətin idi. Buna görə də akademik Z.Səmədzadə Akademiyanın İqtisadiyyat İnstitutuna elə bir adamın rəhbərlik etməsini istəyirdi ki, onu öz təsiri altına sala bilsin. Axı, onun dissertasiya işinə müsbət rəy verdiyi, şəxsi dostu olan Sumqayıt Dövlət Universitetinin kafedra müdiri Albert Tağıyevin doktorluq dissertasiya işi AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi Seminarında 3 nəfər elmlər doktorlarının (i.e.d. T.Əliyev, i.e.d. M.Atakişiyev, i.e.d. A.Abbasov) həmin işə verdikləri mənfi rəylərə və müzakirənin nəticələrinə əsasən ləğv edilmiş, yaxın qohumu i.e.n. Elşad Hacızadənin namizədlik dissertasiya müdafiəsindən cəmi iki il sonra 2002-ci ildə təqdim etdiyi doktorluq dissertasiya işi ilk variantda ləğv edilmiş və o, yalnız üç il keçdikdən sonra, yəni 2005-ci ilin dekabr ayında bizim institutda müdafiə edə bilmişdir.

«Sabiq maliyyə naziri Əvəz Ələkbərovun müdafiəyə təqdim etdiyi doktorluq dissertasiya işinə müdafiəsi ərəfəsində yenidən baxılarkən çoxlu plagiat halları və nöqsanlar aşkara çıxarılmışdır»

Ak. Z.Səmədzadənin 1-ci rəsmi opponenti olduğu bir məmurun doktorluq dissertasiya işi üzrə yalnız bizim institutda fəaliyyət göstərən Dissertasiya Şurasının hüququ olduğu halda, həmin dissertasiya işinin müdafiəsi üçün ADNA-da Birdəfəlik Dissertasiya Şurası yaradılmış (onun şifrəsi düzgün müəyyən edilmədən) və qeyd edilən dissertasiya işinin müdafiəsi həmin şurada həyat keçirilmiş, sabiq maliyyə naziri Əvəz Ələkbərovun iki şifrə üzrə (iqtisadi nəzəriyyə və maliyyə ixtisasları üzrə) müdafiəyə təqdim etdiyi doktorluq dissertasiya işi AAK-sı tərəfindən müdafiəsinin təşkili üçün bizim institutun Dissertasiya Şurasına göndərilmiş və müdafiəsi ərəfəsində həmin iş yenidən baxılarkən onda çoxlu plagiat halları və nöqsanlar aşkara çıxarılmışdır. Bundan xəbər tutan Əvəz Ələkbərov ak. Z.Səmədzadənin təklifi və köməkliyi ilə öz dissertasiya işini geri götürmüş və AAK-sı tərəfindən həmin dissertasiya işinin mövzusu ilə heç bir əlaqəsi olmayan Kənd Təsərrüfatı Nazirliyinin nəzdindəki Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili Elmi-Tədqiqat İnstitutunda ak. Z.Səmədzadənin sədrliyi ilə yaradılmış(?) Birdəfəlik Dissertasiya Şurasında müdafiə etmişdir.

«Ziyad Səmədzadə özünün bütün şüurlu həyatını elmi cəhətdən yüksək səviyyədə yazılmış işlərə maneçilik törətməyə həsr etmişdir…»

Bu siyahını artırmaq da olardı. Ak. Ziyad Səmədzadə iqtisad elminin inkişafına göstərdiyi bu "sədaqətinə" və "qayğısına" baxmayaraq, özünün bütün şüurlu həyatını iqtisad elminin inkişafına həsr etmiş və elmi cəhətdən yüksək səviyyədə yazılmış işlərə maneçilik törətməkdən də əl çəkməmişdir. Təkcə bunu demək kifayətdir ki, Z.Səmədzadə uzun illər boyu iqtisad elmi sahəsində çalışmış i.e.n. əməkdar iqtisadçı, son 10 il ərzində AMEA İqtisadiyyat İnstitutunda şöbə müdiri vəzifəsində çalışan Tofiq Hüseynovun bizim institutun Dissertasiya Şurasında müvəffəqiyyətlə müdafiə etdiyi doktorluq dissertasiya işinin AAK-da təsdiq edilməsinə maneçilik törətmiş və bununla da bizim Dissertasiya Şuramızın fəaliyyətinə qara ləkə vurmağa çalışmışdır. Bu məqsədə o, heç bir əsası və səlahiyyəti olmadan hər ikimizin tələbə yoldaşımız olmuş Tofiq Hüseynovun 2005-ci ilin may ayında Akademiyanın İqtisadiyyat İnstitutundakı Dissertasiya Şurasında müdafiə etdiyi doktorluq dissertasiya işi AAK-nın ekspert Şurasının "28" iyun 2006-cı il tarixdə çıxardığı müsbət qərarından 4 ay sonra, yəni 20.10.2006-cı il tarixdə qeyri-qanuni olaraq həmin dissertasiya işini AAK-dan götürmüş, uzun müddət özündə saxladıqdan sonra ona özünün baş redaktoru və təsisçisi olduğu "İqtisadiyyat" qəzetinin 14-20 iyun 2007-ci il tarixli nömrəsində "Ölkənin iqtisadi strategiyasına, milli maraqlarına zidd olan bir dissertasiya haqqında" adı altında qeyri-obyektiv rəy yazıb çap etdirmiş və bu işin 4 ildən çox AAK-da yatıb qalmasına səbəb olmuşdur.
Ak. Z. Səmədzadənin həmin rəyi-məqaləsi AMEA İqtisadiyyat İnstitutunun işgüzar Elmi Şurasının, Elmi Seminarının və Dissertasiya Şurası üzvlərinin "18" oktyabr 2007-ci ildə birlikdə keçirilmiş iclasında geniş və hərtərəfli müzakirə edilmişdir. Müzakirədə çıxış edən alimlərin hamısı ak. Z.Səmədzadənin adı çəkilən rəyinin-məqaləsinin qərəzli, heç bir elmi əsasa söykənmədiyini və qeyri-obyektiv olduğu qərarına gəlmişlər.

«Ziyad Səmədzadə AAK-dakı bəzi tərəfdarlarının köməkliyi ilə bir daha bu dissertasiya işinin AAK-nın Rəyasət Heyətində təsdiqinə maneçilik törətmişdir…»

Bu əsasda həmin iclasda Tofiq Hüseynovun doktorluq dissertasiya işinin AAK-nın bütün tələblərinə cavab verdiyi, onun müəllifinin isə i.e.d. alimlik dərəcəsi almağa tam layiq olduğu haqda yenidən müsbət qərar qəbul edilmiş və AAK-dan həmin dissertasiya işinə Rəyasət Heyətində yenidən baxıb təsdiq edilməsi xahiş edilmişdir. AAK-sı həmin doktorluq dissertasiya işini yenidən Azərbaycan Dövlət İqtisad Universitetinə rəyə göndərmiş və həmin Universitetdən müsbət rəy alınmışdır. Lakin buna baxmayaraq, ak. Z.Səmədzadə AAK-dakı bəzi tərəfdarlarının köməkliyi ilə bir daha bu dissertasiya işinin AAK-nın Rəyasət Heyətində təsdiqinə maneçilik törətmişdir. Mənim İqtisadiyyat İnstitutunun direktoru və Dissertasiya Şurasının sədri kimi işə qarışmağım və təkidli tələbimlə AAK-nın sədri çox hörmətli ak. Arif Mehdiyevin təşəbbüsü və təklifi ilə AAK-nm Rəyasət Heyəti bitərəf bir təşkilatda - ADNA-da Birdəfəlik yeni Dissertasiya Şurası yaratmış və Tofiq Hüseynov 2009-cu ilin may ayında öz dissertasiya işini heç bir dəyişiklik etmədən həmin Dissertasiya Şurasında yenidən müdafiə etmiş, bu dissertasiya işi yekdilliklə bəyənilmişdir. Həmin müdafiənin nəticəsi olaraq AAK Rəyasət Heyəti 2009-cu ilin sentyabr ayında, nəhayət ki, həmin dissertasiya işinin ilk müdafiəsindən 4 il 4 ay keçdikdən sonra təsdiq etmişdir.

«Bu dissertasiya işi ətrafında ak. Z.Səmədzadə ilə 4 ildən çox apardığım mübarizə mənim əsəblərimə və institutun işinə çox böyük zərbələr vurmuşdur...»

Ədalət zəfər çalmışdır! Bu dissertasiya işi ətrafında ak. Z.Səmədzadə ilə 4 ildən çox apardığım mübarizə mənim əsəblərimə və institutun işinə çox böyük zərbələr vurmuşdur. Ak. Z.Səmədzadə hələ ak. Əhməd Mahmudov bu instituta rəhbərlik etdiyi dövrdən başlayaraq müxtəlif yollarla burada görülən işlərin üzərinə daim kölgə salmağa cəhd etmiş və kollektivin fəaliyyətinə mənfi təsir göstərmişdir. O, hələ 1980-ci ildə ak. Ə.Sumbatzadənin və müxbir üzv Ə.Mahmudovun elmi redaktorluğu ilə İqtisadiyyat İnstitutunun bir qrup alimləri tərəfindən yazılmış "Müasir mərhələdə Sovet Azərbaycanın iqtisadiyyatının inkişafı" Elm 1980, 298 səh. (rus dilində), monoqrafiya Respublika Dövlət Mükafatına təqdim edilərkən, i.e.d. M.Musayevlə şərikli yazdıqları "Azərbaycan iqtisadiyyatı 10-cu beşillikdə" adlı kitabı da alternativ olaraq bu mükafata təqdim etmiş və ikinci müəllifin adını siyahıdan çıxartmışdır.

«Ziyad Səmədzadə milli təhlükəsizlik naziri Eldar Mahmudovun adından da çox məharətlə istifadə etmişdir…»

Biz hər iki əsərin birlikdə bu mükafata təqdim etmək təklifini irəli sürsək də o, bunu qəbul etməmiş və nəticədə nə bizim, nə də onun əsəri həmin mükafata layiq görülmədi.
Hörmətli Ramiz müəllim! Ak. Z.Səmədzadə mənim İnstitutun direktoru vəzifəsindən çıxmağımda və yerimə i.e.d. İsa Alıyevin seçdirilməsində ak. Əhməd Mahmudovun oğlu Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun adından da çox məharətlə istifadə etmişdir. Bu məqsədlə ak. Z.Səmədzadə əvvəlcədən 2008-ci ilin may ayında ak. Əhməd Mahmudovun 85 illik yubileyinin Akademiyanın İqtisadiyyat İnstitutunda keçiriləcəyindən xəbər tutandan sonra hələ 2007-ci ildən başlayaraq Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi: "Konyunkturaya xidmət edən adam" olması xarakterinə uyğun olaraq məndən gizli fəaliyyətə başlamış və general-leytenant Eldar Mahmudovun xoşuna gəlmək məqsədilə əksəriyyəti özünün yaxın ətrafından, keçmiş aspirantlarından, öz övladlarından və yaxın qohumlarından ibarət olan və nə ak. Ə.Mahmudovun özü, nə onun yaradıcılığı və nə də elmi əsərləri ilə heç bir əlaqəsi və tanışlığı olmayan, bu günə kimi ak. Ə.Mahmudovun bircə kitabını belə oxumayan, onun əsərlərinin üzünü belə görməyən adamlardan ibarət bir elmi redaksiya heyəti yaradıb özünün baş redaktorluğu ilə ak. Ə.Mahmudovun guya əsərlərinin məcmusundan ibarət "Azərbaycan iqtisadiyyatının aktual problemləri" (Bakı, 2008, 912 səh.) adlı bir kitab nəşr etdirmişdir. O, bilərəkdən həmin kitabın ak. Ə.Mahmudovun 24 il rəhbərlik etdiyi Akademiyanın İqtisadiyyat İnstitutunda deyil, Azərbaycan Dövlət İqtisadiyyat Universitetində (?) təqdimatının keçirilməsini təşkil etmişdir. Maraqlı burasındadır ki, həmin kitab Akademiyanın İqtisadiyyat İnstitutunun kollektivindən və onun rəhbəri olan məndən gizli hazırlanmışdır…(tezadlar.az)

(Davamı var)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ziyad Səmədzadə bankları faiz dərəcələrini azaltmağa çağırdı

    Ziyad Səmədzadə bankları faiz dərəcələrini ...

    7-02-2014, 12:09

  • 
  • 80 yaşlı Ziyad Səmədzadəni belə deputat etmək istəyirlər – ŞOK VİDEO

    80 yaşlı Ziyad Səmədzadəni belə deputat etmək ...

    20-02-2020, 13:39

  • 
  • Milli Məclisin ilk iclasına Fəttah Heydərov niyə sədrlik etmədi?

    Milli Məclisin ilk iclasına Fəttah Heydərov niyə ...

    10-03-2020, 12:42

  • 
  • Ziyad Səmədzadənin dilənçiyə çevirdiyi keçmiş milyonçunun səhhəti pisləşdi - İbrahim Zeynalov həkim nəzarəti altındadır

    Ziyad Səmədzadənin dilənçiyə çevirdiyi keçmiş ...

    8-04-2022, 12:54

  • 
  • Ziyad Səmədzadə: "30 min iş yerinin bağlanması ciddi məsələdir"

    Ziyad Səmədzadə: "30 min iş yerinin ...

    13-10-2015, 14:04


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (532)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu