Prezident İlham Əliyevin iştirak etdiyi yeni çağırış Milli Məclisin ilk iclasını deputat Ziyad Səmədzadə aparır.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yeni çağırış parlamentin ilk iclasını ən qocaman deputat açır.
Qeyd edək ki, parlamentin ən qocaman deputatı Fəttah Heydərovdur. Onun 82 yaşı var. Ziyad Səmədzadənin isə 80 yaşı var.
Əldə etdiyimiz məlumata görə, F.Heydərov səhhətində yaranan problem səbəbindən Milli Məclisin iclasına qatılmayıb. Buna görə də, iclasa sədrlik etmək Z.Səmədzadəyə həvalə olunub.//oxu.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?