"Bankların verdiyi kreditlətrin hesabına çox az iş yerləri açılır". Bunu Milli Məclisin İqtisadi-siyasət komitəsinin sədri Ziyad Səmədzadə bu gün keçirilən üçüncü Vergi Forumunda çıxışında deyib. O bildirib ki, banklar öz işlərini vergi sistemi ilə formalaşdırmalıdırlar və buna böyük ehtiyac var. Bunun üçün bankların real sektora verdiyi tövfə artırılmalıdır: “Banklar özəl sektorun inkişafı üçün, yeni iş yerlərinin yaradılması üçün sahibkarlara kredit verirlər. Amma təəssüflər ki, bankların verdiyi kreditlər hesabına çox az iş yerləri açılır. Bunun da səbəbi məlumdur. Banklar ən azı bunun üçün faiz dərəcələrini təcili olaraq azaltmalıdırlar. Bu cür olan halda ölkədə özəl sektorun inkişafı daha gözəçarpan olacaq və xeyli sayda iş yerləri artacaq. Bu həm də vergi gəlirlərinə müsbət təsir göstərəcək".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?