GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Radikal dini təbliğ edənə cəza verildi, daha 3 nəfərə cinayət işi açıldı

Radikal dini təbliğ edənə cəza verildi, daha 3 nəfərə cinayət işi açıldı

Tarix: 3-02-2016, 00:02 Bölmə :Ölkə Baxış: 0
 Radikal dini təbliğ edənə cəza verildi, daha 3 nəfərə cinayət işi açıldı

Radikal dini təbliğ edənə cəza verildi, daha 3 nəfərə cinayət işi açıldı

Evində çoxlu sayda silah aşkarlanan gənc onları çayın kənarında tapdığını etiraf etdi

Dəstə üzvləri Tərtərdə yeniyetmə və gəncləri Suriyada gedən “cihad”a qoşulmağın təbliğatını aparmaqda ittiham ediliblər

Radikal dini cərəyanı təbliğ etdiyi üçün həbs edilən və qanunsuz silah saxlamaqda ittiham olunan Tərtər rayon sakini, 1995-ci il təvəllüdlü Şəmsəddin Abdullazadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Şəmsəddin Abdullazadə istintaqa məlum olmayan mənbədən 30 ədəd 5,45 mm kalibrli “AK-74”, “AKS-74”, “AKS-74U” konstruksiyalı avtomatik silahlarda, “RPK-74” və sair uyğun kalibrli odlu döyüş silahlarını əldə edib. Həmçinin o, xeyli sayda qumbara da tapıb.

Şəmsəddin Abdullazadə əldə etdiyi silah sursatı yaşadığı Tərtər şəhəri, E.Hüseynov küçəsi, ev 39 ünvanında saxlayıb. Bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən birgə əməliyyat keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmsəddin Abdullazadə 10 mart 2015-ci il tarixdə evinin qarşısında saxlanılıb.

Şəmsəddin Abdullazadə Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilib.

“Torbada dini kitab və “CD” diskin olduğunu gördüm”

Məhkəmədə ifadə verən Şəmsəddin Abdullazadə bildirib ki, martın 8-də, axşam saatlarında Bərdə şəhərindən Tərtərə gəlib. Onun sözlərinə görə,

Tərtərin girəcəyində yerləşən “Nicat” körpüsünün yaxınlığından keçən zaman yolun kənarında evə getmək üçün maşın gözləyib: “Oradan keçən Tərtər çayının kənarında yerdə sellofan torba gördüm. Bir qədər maraqlı olduğundan yaxınlaşaraq həmin sellofan torbanı əlimə götürdüm və içində nə isə ağır bir əşyanın olduğunu hiss etdim. Torbanın içinə baxdıqda, içində döyüş sursatları, kitab və diskin olduğunu gördüm. Kənardan bunu görənlərin olacağını düşündüm və torbanı bağladım”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt markasını və nömrəsini dəqiq xatırlamadığı yol taksisi saxlayıb və taksiyə minərək evə gedib: “Evə çatdıqdan sonra öz otağıma keçdim. Orada təklikdə həmin torbanı açaraq içərisində olan əşyalara baxdım. Torbanın içərisində 30 ədəd avtomat patronunun, alışdırıcıları ilə birlikdə 3 ədəd qumbara gövdəsinin, bir ədəd partlayıcı qurğunun, iki ədəd dini kitab və bir ədəd “CD” diskin olduğunu gördüm. Həmin vaxt diskə baxmağı çatdırmadım. Bundan sonra həmin döyüş sursatı və digər əşyaları eyni sellofan torbaya yerləşdirdim və otağın sol küncündə digər əşyaların arasında gizlətdim. Bu barədə evdəkilərin xəbəri olmayıb. Özüm də bununla bağlı heç kimə heç nə bildirməmişəm”.

“Üstümə və evimə baxış keçirilməsinə etiraz etmədim”

Şəmsəddin Abdullazadə qeyd edib ki, martın 9-da Aysel Vəlizadə ilə ailə qurmaq münasibətilə “Sahil” şadlıq sarayında qız toyu olub. Onun sözlərinə görə, ilk əvvəl həmin döyüş sursatını ovda istifadə etmək məqsədilə özündə saxlayıb, lakin toy gününün axşamı toy məclisi dağılışaraq evə qayıtdıqdan sonra həmin döyüş sursatını polis şöbəsinə təqdim etmək barədə fikirləşib: “Növbəti gün, yəni martın 10-da, səhər saat 06.35-də yaşadığım evdən küçəyə çıxaraq təmiz havada durdum. Bir neçə dəqiqə sonra tanımadığım bir neçə nəfər mülki geyimdə olan şəxs mənə yaxınlaşdı və xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirdilər. Həmin şəxslər üstümdə və yaşadığım evdə qanunsuz olaraq partlayıcı maddə və döyüş sursatı saxlaması barədə məlumat daxil olduğunu bildirdilər. Onlar məni əməliyyat-axtarış tədbirlərinin keçirilməsi

barədə qərarla tanış etdilər. Üstümə, eləcə də yaşadığım evə baxış keçirilməsinin zəruri olduğunu bildirdilər. Üstümə və evimə baxış keçirilməsinə etiraz etmədim”.

Şəmsəddin Abdullazadənin sözlərinə görə, polis əməkdaşları ona hal şahidlərini təqdim edib və həmin hal şahidlərinin iştirakı ilə üstünə baxış

keçiriblər: “Lakin baxış zamanı üstümdən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmadı. Bundan sonra polis əməkdaşları yaşadığım evə baxış keçirilməsinin zəruri olduğunu bildirdilər. Polislər evə baxış keçirilməsi ilə əlaqədar razılığımı istədilər. Buna da etiraz etmədim. Bu barədə ərizə yazdım və şifahi olaraq polis əməkdaşlarına yaşadığım evdə partlayıcı maddə və döyüş sursatının olduğunu dedim, həmin əşya və predmetləri onlara təqdim edəcəyimi bildirdim. Polis əməkdaşlarını yaşadığım evə dəvət etdim. Bundan sonra polis əməkdaşları yaşadığım evə keçdilər. Saat 07.05-dən etibarən hal şahidlərinin iştirakı ilə evimə baxış keçirməyə başladılar”.

“Qeyri-qanuni daha heç nə aşkar olunmadı”

Təqsirləndirilən şəxs qeyd edib ki, hal şahidlərinin iştirakı ilə evdə axtarış aparılıb və axtarış zamanı onun tapdığı silah-sursat götürülüb. Onun sözlərinə görə, həmçinin torbanın içərisindən iki ədəd dini məzmunlu kitab və 1 ədəd “CD” diski aşkar edilib: “Aşkar edilmiş əşyalar hal şahidlərinin iştirakları ilə iki ayrı-ayrı bağlamalarda polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənib. Polis əməkdaşları aşkar olunan əşya və predmetlər barədə məni sorğu-sual etdilər. Həmin əşyaların özümə məxsus olduğunu və qeyd edilən əşya, kitab və diski Tərtər çayının kənarından təxminən həbs olunmamışdan 2 gün əvvəl tapdığımı və evə gətirdiyimi bildirdim. Aşkar olunan döyüş sursatı və partlayıcı qurğunu ovda və ya şəxsi mühafizəsində istifadə etmək üçün, kitabları isə gələcəkdə oxuyaraq bu sahədə maariflənmək məqsədilə evimdə saxladığımı qeyd etdim. Bundan sonra polis əməkdaşları evin digər otaqlarına baxış keçirdi və keçirilən baxış zamanı qeyri-qanuni daha heç nə aşkar olunmadı”.

Məhkəmənin hökmü ilə Şəmsəddin Abdullazadə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Şəmsəddin Abdullazadə apelyasiya şikayəti verib. Həmçinin Baş Prokurorluqda Şəmsəddin Abdullazadənin cəzasının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti verib. Hər iki şikayət baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Elşad Bayramovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Prokurordan ağır cəza tələbi

Prosesdə çıxış edən dövlət ittihamçısı Qalib Rizvanov bildirib ki, Tərtər rayon Məhkəməsinin Şəmsəddin Abdullazadə barəsində olan hökmü dəyişdirilməlidir. Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır: Şəmsəddin Abdullazadənin törətdiyi cinayət əməli üzrə qəsdin bilavasitə obyekti silah, döyüş sursatı, partlayıcı maddələr və partlayıcı qurğularla davranma sahəsində ictimai təhlükəsizlikdir, əməl təqsirin formasına görə birbaşa qəsdlə törədilmiş və az ağır cinayətlər kateqoriyasına aiddir. Digər tərəfdən Şəmsəddin Abdullazadənin saxladığı və gəzdirdiyi istifadəyə yararlı silah-sursat evdə saxlanılması əməlin ictimai təhlükəliliyinə dəlalət edən hallardır. Lakin məhkəmə Şəmsəddin Abdullazadəyə cəza təyin edərkən cinayətin qeyd olunan xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə almayıb”.

Dövlət ittihamçısı qeyd edib ki, Şəmsəddin Abdullazadə silah-sursatı Tərtər çayının kənarından tapması və həmin döyüş sursatlarını polisə təhvil vermək məqsədi ilə evində saxlaması barədə verdiyi ifadəsi qeyri-səmimi olub. Dövlət ittihamçısı əlavə edib ki, Şəmsəddin Abdullazadə qeyri-səmimi ifadəsi ilə silah-sursatın hansı mənbədən əldə etməsini gizlədib.

Dövlət ittihamçısı çıxışının sonunda Şəmsəddin Abdullazadənin daha ağır cəza ilə məhkum edilməsini istəyib.

Şəmsəddin Abdullazadənin vəkili Rəşad Babayev bildirib ki, müdafiə etdiyi şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi əsasında şərti cəza təyin olunmalıdır. Vəkil əlavə edib ki, Şəmsəddin Abdullazadə ilk dəfədir az ağır cinayət əməli törədib və ailə vəziyyəti ağırdır.

Vəkilin fikrincə, Şəmsəddin Abdullazadənin ailə tərkibi 2 nəfərdən – anası və özündən ibarətdir, gəncdir: “Şəmsəddin Abdullazadə yaşayış yerindən müsbət xasiyyətnamə ilə xarakterizə olunub. Ona görə də hökm dəyişdirilməlidir. Şəmsəddin Abdullazadənin barəsində şərti cəza təyin ediləməsi daha ədalətli olar”.

Tərəfləri dinləyən hakim heyəti sonda apelyasiya şikayətinin, həmçinin də apelyasiya protestinin təmin edilməməsi barədə qərara elan edib.

Qeyd edək ki, Şəmsəddin Abdullazadə həbs olunan zaman mətbuatın yazdığına görə, Şəmsəddin Abdullazadə ilə birlikdə həmin gün Tərtər rayonunda daha 3 nəfər - Zülfüqar İbrahimov, Mübariz Mirzəliyev və Vüqar Əliyev saxlanılıblar. Adıçəkilən hər üç şəxsin cinayət işi ayrıca icraata götürülüb.

Qeyd edək ki, Zülfüqar İbrahimov, Mübariz Mirzəliyev və Vüqar Əliyev radikal dini təbliğatla məşğul olublar. Onlar rayon ərazisində yetkinlik yaşına çatmayan və ya çatan, həmçinin gənclər arasında təbliğat xarakterli məlumatlar yayıblar, onları Suriyada gedən döyüşlərə qoşulmağı təklif ediblər. Daxili İşlər Nazirliyinin yaydığı məlumata dəstə üzvləri Tərtərdə valideynlərdən birinin şikayəti əsasında keçirilən əməliyyat nəticəsində həbs olunublar.

Onlardan Vüqar Əliyev və Zülfüqar İbrahimov Qarabağ Azadlıq Təşkilatının üzvü olublar. Həmçinin həbs olunan Vüqar Əliyev “Ümid” Partiyasının sədri İqbal Ağazadənin bacısının əri olması barədə də həmin

vaxt mətbuatda yer almışdı. Mətbuatın yazdığına görə, Vüqar Əliyev vəhhabi olduğu üçün İqbal Ağazadənin bacısı ondan ayırılıb.

**

Qatildən etiraf

“O qadını başqasına qismət olmasın deyə öldürdüm”

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini Vahid Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, ötən il avqustun 25-də Sumqayıt şəhərində yaşayan Yeganə Mirzəyeva evdən çıxıb, geri qayıtmayıb. Sentyabrın 22-də Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində Yeganə Mirzəyevanın baş nahiyəsində xəsarəti olan, çürüməyə məruz qalmış meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisənin münaqişə zəminində Sumqayıt şəhər sakini Vahid Vəliyev tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.

Sumqayıtda bir ay əvvəl itkin düşən, sonradan çürümüş meyiti tapılan 40 yaşlı İmişli rayon sakini Yeganə Mirzəyevanın qətlinin bəzi təfərrüatları məlum olub. Xaçmaz rayon sakini Vahid Vəliyev qadını Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində, Qızıldaş karxanasında ən hündür təpədə basdırıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. Vahid Vəliyev ifadəsində öz əməlini belə əsaslandırıb: “O qadını sevirdim. Başqasına qismət olmasın deyə onu öldürdüm. Mənim olmadısa, kiməsə qismət olmasına icazə verə bilməzdim.”.

O bildirib ki, hər həftə öldürüb basdırdığı qadının məzarını ziyarət etməyi nəzərdə tuturmuş. Vahid Vəliyev istintaqa verdiyi ifadədə qadını küt alətlə qətlə yetirdiyini, sonra meyiti öz maşını ilə karxanaya gətirdiyini deyib.

Meyiti belində zirvəyə çıxaran qatil burada məzar qazıb və Yeganə Mirzəyevanın nəşini basdırıb.

Qeyd edək ki, qətli törətmiş Vahid Vəliyev ailəli olub, qətlə yetirdiyi Yeganə Mirzəyeva ilə bir müddət qeyri-rəsmi yaşayıb.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Qanunsuz dini çağırışlar edənə ağır cəza

    Qanunsuz dini çağırışlar edənə ağır cəza ...

    20-02-2015, 12:28

  • 
  • Prokurorluğun şikayəti təmin edilmədi

    Prokurorluğun şikayəti təmin edilmədi ...

    1-06-2016, 23:36

  • 
  • “Səhvən məni radikal dinci hesab ediblər”

    “Səhvən məni radikal dinci hesab ediblər” ...

    18-05-2016, 00:48

  • 
  • Dələduzluq edənə 11 il cəza

    Dələduzluq edənə 11 il cəza ...

    14-05-2015, 12:48

  • 
  • Azərbaycanlıları Suriyada gedən döyüşlərə cəlb edən mütəşəkkil dəstə zərərsizləşdirildi - VİDEO

    Azərbaycanlıları Suriyada gedən döyüşlərə cəlb ...

    12-03-2015, 09:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu