GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İlhamə Quliyeva: "Ay yazıq, ay bədbəxt, sənə heç it də tamah salmaz"

İlhamə Quliyeva: "Ay yazıq, ay bədbəxt, sənə heç it də tamah salmaz"

Tarix: 3-02-2016, 14:18 Bölmə :Ölkə Baxış: 0
İlhamə Quliyeva: "Ay yazıq, ay bədbəxt, sənə heç it də tamah salmaz"

Xalq artisti İlhamə Quliyevanın həbsdəki kecmiş köməkçisi Mehriban Bəylər qızı Hüseynovanın mətbuatda yayılan ittiham dolu məktubu böyük sensasiyaya səbəb olub.

Bakı İstintaq Təcridxanasında saxlanılan Mehriban Hüseynova mediaya ünvanladığı məktubunda İlhamə Quliyeva tərəfindən şəxsiyyətinin alçaldıldığını, işgəncələrə, hədə-qorxulara məruz qaldığını vurğulayıb.

Ötən gün isə xalq artisti Aygün Kazımova "İnstagram" bloqunda İlhamə Quliyeva ilə bağlı status yazıb. O, statusunda: "Allah hər kəsi İlhamə Quliyevanın şər-böhtanından qorusun. Amin. Dəfələrlə məni də şərləməyə çalışıb, amma alınmayıb. Mehriban xanım, darıxmayın, möhkəm olun! Allah böyükdür. Haqq öz yolunu tapacaq. İlhamə Quliyevanı tanıyan tanıyır", - deyə qeyd edib.

gundemxeber.az xalq artisti İlhamə Quliyevanın gün.az-a verdiyi müsahibəni təqdim edir:

- İlhamə xanım, Aygün Kazımovanın haqqınızda sosial şəbəkədə yazdığı statusdan, güman ki, xəbərdarsınız?

- Bəli, xəbərim var.

- Aygün Kazımova hansı səbəbə görə sizi "şər-böhtançı" adlandırıb?

- Aygün məndən inciyib. Nə var ki, mən Natəvan Həbibi ilə barışmışam. Deməli, mən xəstəxanada yatanda Natəvan yanımda idi. Aygün mənə zəng elədi ki, yanınıza gəlmək istəyirəm. Dedim ki, "kak raz" Natəvan da buradadır, gələrsən, mən sizi barışdıracağam. Buna Natəvan bir az ağız büzdü, sonra Aygün bir az ağız büzdü. Bir az zarafatlaşdıq da, söhbət elədik.

"Aygün mənim onu şərləmək istədiyimi sübut etməsə, onu çox ciddi rejimə oturdacağam"

Bilirsiniz, mən bunların hansı səbəbə görə küsülü olduqlarını bilmirəm. Natəvanla yaxşı münasibətim olduğu üçün Aygün məndən incidi. İnsandır da, yəqin, inciyib ki, niyə mən Natəvan Həbibi ilə barışmışam. Amma mən ona dedim ki, sizin aranızda sülh istəyirəm. Sizin bir-birinizdən nə küsən, nə də inciyən vaxtınız deyil. Söhbət, münasibət bundan qaynaqlanıb. O ki, qaldı Aygünün artıq-əskik, başından böyük qələt etməyinə, mən onu həmin sözlərinə, mənə şər atdığına görə məhkəməyə verəcəyəm. Onu nə zaman hədələmişəm, şərləmişəm? Deyib, əcəb edib, əlinin içindən gəlib deyib. Ona görə qayda-qanun var, hüquq mühafizə orqanları var. Mən həmişə Aygünü, hansı vəziyyətdə olur-olsun, dəstəkləmişəm. Amma onun mənə belə hiddətlənməyi gülməlidir, təəccüblüdür. Yenə başından çox böyük danışıb. Mən bu işlə çox ciddi məşğul olacağam. İlhaməni nəinki bütün Azərbaycan, bütün dünya tanıyır. İlhamə sıravi müğənni deyil.

Mən sənətkaram, həm də böyük sənətkaram. Bu indi guya xalq artistidir... Həmin sözləri deyib, əcəb edib. Məhkəmədə cavab verər! Xalq artistidir deyə hüququ çatır bu sözləri, ifadələri işlətməyə? O, bu dediklərinin cəzasını alacaq. Aygün mənim vəkilimə nə zaman onu və yaxud başqa birini şərləmək istədiyimi sübut etməsə, onu çox ciddi rejimə oturdacağam. Çünki mən heç kəsin tayı deyiləm. Və ona bu icazəni verməmişəm ki, ağzına gələni çərənləsin. Aygünü məhkəməyə verəcəyəm, 1 milyon manat cərimə tələb edəcəyəm. Mənə sübut etsin görüm, onu və ya bir başqasını necə şərləmişəm.

"Ay yazıq, ay bədbəxt, sənə heç it də tamah salmaz"

Həmçinin bütün saytlar bilsin ki, haqqımda yazılan şər-böhtan, cəfəngiyyat yazıya görə hər bir saytın rəhbəri məsuliyyət daşıyır. Vəkilim bu işlə məşğuldur, məsələ ilə bağlı vəsatət qaldıracaq. Heç kim qarşı tərəfin münasibətini öyrənməmiş haqqında elə yazını dərc edə bilməz. Bu məsələni bir kənara qoyaq. Mehriban saman çöpündən yapışıb. Neyləsin, çünki bu gün-sabah məhkəmədir. Ağzına gələni yazır, şər, böhtan... Onun şər və böhtanına görə, onun işinin üstünə iş gələcək. O bunu bilmir, başa düşmür. İlhaməni yox e, Mehribanı bütün Azərbaycan tanıyır. Neçə-neçə ailənin pullarını mənimsəyib. Özlərini tutdurub. Çox günahsız insanların həbs olunmasına səbəb olub. Onun mənə bata bilmədiyi sübut olundu, çünki daş qayaya rast gəlib. Hələ Mehribanın böyük dərdi, qəmi, qüssəsi, problemləri qarşıdadır. Məhkəmədə çox şeylər üzə çıxacaq. Hər kəs biləcək ki, kim kimə şərh, böhtan atıb. Mehribana kim şər-böhtan atır?

Mehriban mənim qulluqçum olub. Mənə zəhərli dərmanlar yedirib. Böyrəyim sıradan çıxmışdı. Hiss edirəm ki, səs tellərimdə də ağırlıq, problem yaşayıram. Çünki mənə cürbəcür psixotrop, zəhərli dərmanlar yedirib. O hansı şərəfdən, şöhrətdən, hansı namusdan danışır? Ona görə ayağıma düşüb mənə yalvarırdı? Ay yazıq, ay bədbəxt, sənə heç it də tamah salmaz. Kimdir axı sənin namusuna toxunan? Hansı namusdan, şərəfdən danışırsan? Uşaqlar sənin əl çantanı açıb, başı aşağı silkələyəndə, içindən mənim brilyant qaşlı üzüyüm çıxdı. Hələ başqa şeylərdən danışmıram. Cadu-pitilər, qıfıllar, yazılar, nələr çıxdı... Sənin telefonundan nömrələri ona görə pozdular ki, mənim telefonumdan bütün mötəbər insanların kontaktlarını götürüb, yazmışdın. Uşaqlar həmin nömrələri sənin telefonundan ləğv etdilər. Siz həmin səhnəni gərək özününüz görəydiniz.

"Qəzet də cavab verəcək, vəkilim bu məsələnin üstündə işləyir"

Yalandan deyir ki, Vüqar onun çantasından 3 yüz manatını götürüb. Gözünün içinə kimi yalan deyir. Onun heç 3 qəpik pulunu da götürən olmadı. Evdə adamlar çox idi, ayağıma düşüb yalvardı ki, bu söhbətlər buradan bayıra çıxmasın. Tək mənim yox, evdə olan bütün adamların ayağına düşüb yalvarırdı, ayaqlarını öpürdü ki, eləmişəm. Özünü öldürürdü ki, bu söz-söhbət buradan bayıra çıxmasın, mən biabır olaram. Sonra da götürüb, o məktubu yazıb. Az, sən utanmırsan, şər-böhtan məktub yazırsan? "Yeni Müsavat" qəzeti də cavab verəcək, vəkilim bu məsələnin də üstündə işləyir. Hansı haqla içəridə, zindanda oturan məhbusun yazılarını dərc edir? Mən hazırda şikayətçiyəm, düzdür? Cinayətkar şikayətçidən yazı yazar? Oradan göndərir, bunlar da dərc edirlər. Hansı hüquq-mühafizə orqanı bunu təsdiq edib?

- Hüquq müdafiəçisi Müzəffər Baxış "xalq artisti köməkçisini təhdid edib, ona hədə-qorxu gəlibsə, cinayət məsuliyyətinə cəlb oluna bilər" - deyib. Onun dediyinə görə, sizə hətta 4 il həbs cəzası da təyin edilə bilər.

- Doğrudur, əgər mən şər-böhtan atmışamsa, 4 il azadlıqdan məhrum oluna bilərəm. Əgər sübutum yoxdursa. Bəli, mənim ittihamlarım sübut olunmasa, hər bir şey ola bilər. Hüquq-mühafizə orqanları mənə qarşı da lazımi ölçüləri götürə bilər. Sübutlar isə artıqlaması ilə var. Mehribanın hər kəlməsi yazılaraq, aidiyyatı orqanlara təqdim olunub. Mehribanın işi, bilirsiniz, nə boydadır? Onun şər-böhtanına görə işinin üstünə iş gələcək. Qəzet məndən kimin heyfini çıxır? Mənə heç bir şey edə bilməzlər. O qəzetn rəhbərini mən özüm məsuliyyətə cəlb edirəm. Mənim vəkilim dünəndən bu işlə məşğuldur.

"Onun adı Aslandır, amma özü bilinmir ki, nədir"

- Hüquqşünas Aslan İsmayılov da sizinlə bağlı danışıb, deyib ki, "İlhamə Quliyeva bir kal armud olub, keçib bu millətin boğazına".

- Onun adı Aslandır, amma özü bilinmir ki, nədir. Amma onun nə dediyi məni maraqlandırmır. O, kimdir, mən bimirəm (Gülür). Onlar mənim üçün bir yeldir, əsib keçirlər. Mən kiməm, kim deyiləm, bunu nəinki Azərbaycana, bütün dünyaya sübut etmişəm. Onlar məndən heyif çıxırlar. Kimin heyfini də çıxırlar, çox yaxşı bilirəm (Gülür). Kim başından böyük qələt etsə, yerində oturduram, belə də olacaq! Kim topuğumdan yuxarı başını qaldırıb, başından böyük çərənləsə, cəzasını çəkəcək.

"İçdiyim dərmanlar səs tellərimdə problem yaradıb"

- İlhamə xanım, bir az da səhhətinizdən danışın. Hazırda özünüzü necə hiss edirsiniz?

- 50 gün Mərkəzi Neftçilər Xəstəxanasında yatdım. Böyrəyimin biri tamam sıradan çıxmışdı. Mehribanın verdiyi zəhərli dərmanlardan sonra belə olmuşdu. 50 gün ərzində böyrəyimi müalicə etdilər. İndi yaxşıyam. Amma pəhrizdəyəm, böyrəyi qorumaq lazımdır. Bilirsiniz ki, böyrək insan orqanizmində ən kaprizli orqanıdır. 1 aydır, xəstəxanadan evə buraxılmışam, evdə dincəlirəm. Səs tellərimdə problemlər yaşayıram. Çünki hansısa dərmanları mənə içiriblər, ona görə də səs tellərimdə problem yaranıb. Bunu da müalicə etmək çətin deyil. Mehriban ümumi səhhətimi çox pozub. Evdə mənə çox yaxşı qulluq edirlər. Özüm çox istirahət edirəm, evdə oluram, şükür Allaha.

- Qulluğunuzda kim dayanır?

- Qulluğumda Fatma xanım dayanır. Allah ona cansağlığı versin. Dayım qızı, dayım oğlu dayanır. Hər bir kəs mənim qulluğumdadır. Mən çox rahatam, dincəlirəm. Şükür Allaha, ölümdən qurtulmuşam. Yaxşıyam, amma pəhriz saxlayıb, səhhətimdəki problemləri yavaş-yavaş həll edirəm. Həkimim uroloq Rəşad Şulanov məni həyata qaytarıb. Mərkəzi Neftçilər Xəstəxanasının rəhbəri və həkimləri çox sağ olsunlar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Aygün: "İlhamə Quliyeva məni də şərləməyə çalışıb..." - FOTO

    Aygün: "İlhamə Quliyeva məni də şərləməyə ...

    2-02-2016, 22:27

  • 
  • İlhamə Quliyevanın köməkçisinə cəza istənildi

    İlhamə Quliyevanın köməkçisinə cəza istənildi ...

    21-12-2016, 15:10

  • 
  • Aygün Kazımova: “İlhamə Quliyeva kimdir ki, mənə qadağa qoysun?”

    Aygün Kazımova: “İlhamə Quliyeva kimdir ki, mənə ...

    18-02-2016, 23:40

  • 
  • İlhamə məhkəmədə Nazpəriyə qalib gəldi

    İlhamə məhkəmədə Nazpəriyə qalib gəldi ...

    2-07-2013, 17:51

  • 
  • Əli Mirəliyev İlhamə Quliyevanın "qara bayram"ından danışdı

    Əli Mirəliyev İlhamə Quliyevanın "qara ...

    8-03-2016, 12:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu