"Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Xəyyam Nissanovun fan səhifəsində məlumat yayılıb.
Məlumatda qeyd olunur ki, Mirzəyevin sol tərəfi işləmir:
"Çox kədərli xəbər eşitdim və dəhşətə gəldim. Teleaparıcı İlham Mirzəyev həbsxanada iflic olub, sol tərəfi işləmir. Allah şəfa versin".
Xatırladaq ki, İlham Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama görə, teleaparıcı direktoru olduğu “İlhamed” tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib.
Lakin İlham Mirzəyev ittihamı rədd edir və bu haqda deyilənlərin yalan olduğunu bildirir. Buna baxmayaraq, Hərimanov Rayon Məhkəməsi onun təqsirli olduğu qənaətinə gələrək, 4 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxardı.
Lakin sonradan Bakı Apellyasiya Məhkəməsi onun barəsində hökmü dəyişib və cəza 3 il 6 aya endirilib.
***
Müğənni Xəyyam Nisanov İnstagram hesabında bildirib ki, Facebookda sözügedən hesabla heç bir bağlılığı yoxdur.
***
İlham Mirzəyevin vəkili Telman Abdiyev trend-ə açıqlamasında bildirib ki, aparıcının guya həbsxanada iflic olması barədə yayılan şayiələr əsassızdır:
"Bu şayiədir. İlham Mirzəyevin vəziyyəti tam normaldır və səhhətində heç bir problem yoxdur".
***
İlham Mirzəyevin iflic olması ilə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə AzVision.az-a Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov bildirib.
“İlham Mirzəyevin vəziyyəti stabildir. Onda iflic əlaməti yoxdur. Mətbuatda yayılan məlumatlar yalandır”, -deyə nazirlik rəsmisi qeyd edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?