“Space” televiziyasının tanınmış aparıcısı İlham Mirzəyev bıçaqlanıb.
Bu barədə AzNews.az-a adıçəkilən telekanaldan məlumat veriblər.
Məlumatda bildirilir ki, bıçaqlanma hadisəsi qonşu Türkiyədə baş verib.
Hazırda aparıcının səhhəti normaldır. Həkim nəzarəti altında olan İlham Mirzəyev özü isə Azərbaycana dönmək istəmir.
Xatırladaq ki, İ.Mirzəyev ötən ay iyunun 14-də axşam saatlarında çalışdığı "Space" kanalının arxa qapısından çıxıb avtomobilinə yaxınlaşarkən, başqa bir avtomobildən 4 nəfər düşərək onu döymüşdü.
İ.Mirzəyevlə əlaqə saxlamaq mümkün olmayıb, onun nömrəsinə zəng çatmayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?