Dünən Mingəçevirin keçmiş polis rəisi Ələsgər Bədəlovun Nizami rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsinə təyin edilməsi mediada ciddi ilgi gördü. Çünki onun rəis olduğu dönəmdə adı bir neçə dəfə mediada hallanmışdı və Zərdabın icra başçısı Lütfəli Babayevin oğlunu avtoxuliqanlığa görə həbs etməsi ilə bağlı insident, sonuncu dəfə isə şöbədə bir şəxsin özünü öldürməsi faktı polis rəisini Azərbaycanda əməlli-başlı məhşurlaşdırmışdı.
Sonuncu dəfə isə Mingəçevir sakini Elnarə Abdullayeva artıq keçmiş rəisin vaxtilə onun namusunu ləkələyən polis işçisini himayə etməsiylə bağlı şikayət məktubunu Moderator.az – a göndərərək bizdən məsələni ictimailəşdirməyi, bir Azərbaycan qadının namusuna edilən təcavüzə biganə qalmamağımızı xahiş etmişdi. Yazı mediada çox ciddi rezonans doğurub xeyli oxucu sayı qazandırmışdı. (Həmin yazını bu linkdən oxumaq olar---moderator.az/news/112298.html)
Doğrudur, yazı saytda gedəndən dərhal sonra DİN mətbuat xidməti Elnarə Abdullayevanın iddialarını rədd etmişdi, başına gələnlərin onun öz günahı üzündən yarandığını dolayısı ilə bəyan etmişdi. (Nazirliyin rəsmi mövqeyini bu linkdən oxuya bilərsiniz--moderator.az/news/112504.html)
Bu dəfə isə Elnarə Abdullayeva Moderator.az-a videomüraciət göndərərək hüquq-mühafizə orqanlarına etdiyi müraciətlərə qaneedici cavablar ala bilmədiyindən son çıxış yolu kimi ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyevaya səslənərək ondan imdad diləyir, bir azərbaycanlı qadının namusuna edilən təcavüzlə bağlı gərəkən addımların atılması üçün müvafiq qurumlara göstəriş verilməsini xahiş edib. Üç kiçikhəcmli videomüraciəti təqdim edirik:
Sorğu
Yeni dizaynımız necədir?