GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Nizami Rayon Enerji Təchizatı və Satış İdarəsində əsaslı yoxlamaya ehtiyac var

Nizami Rayon Enerji Təchizatı və Satış İdarəsində əsaslı yoxlamaya ehtiyac var

Tarix: 14-11-2016, 17:05 Bölmə :Ölkə Baxış: 774
Nizami Rayon Enerji Təchizatı və Satış İdarəsində əsaslı yoxlamaya ehtiyac var

Ələsgər Bədəlovun rəhbərlik etdiyi qurumda dövlət vəsaitlərinin mənimsənilməsi adi hala çevrilib Bu gün «Azərişıq» ASC-nin bir sıra yerli şöbələrində ciddi neqativ hallara, çoxsaylı nöqsanlara rəvac verildiyindən, əhalinin böyük əksəriyyəti Baba Rzayevin rəhbərlik etdiyi qurumun fəaliyyətindən gileylənir. Belə ki, Mingəçevir Şəhər Polis Şöbəsinin keçmiş rəisi Ələsgər Bədəlovun rəhbərlik etdiyi Nizami Rayon Enerji Təchizatı və Satış İdarəsində ənənəvi problemlərin sırasına yenilərinin də əlavə olunduğunu vurğulayan məlumatlı şəxsin gundelik-baku.com-la paylaşdığı bilgilərdə deyilir ki, Ələsgər Bədəlovun adı ictimaiyyətin yaddaşında ötən ilin avqustunda Mingəçevir Şəhər Polis İdarəsində baş vermiş qalmaqallı ölüm hadisəsi ilə möhkəmlənib. Beləliklə, onun rəis işlədiyi həmin dövrdə, avqustun 22-də Mingəçevir polisində Bəhruz Hacıyev adlı gəncin öldüyünü qeyd edən mənbə bildirir ki, valideynləri və qərəzsiz müşahidəçilər Bəhruz Hacıyevin idarədə aldığı işgəncələrdən həyatını itirdiyini iddia ediblər: «Onun polis idarəsində üzləşdiyi işgəncələrdən öldüyü deyilirdi. O zaman məhz bu hadisə Mingəçevirdə ixtişaşlara səbəb olmuşdu. Məsələnin maraqlı tərəfi ondadır ki, həmin hadisədən bir müddət sonra Baba Rzayev adı bir çox xoşagəlməz olaylarda hallanan, ixtişaşlara səbəb olan sabiq polis rəisini «Azərişıq» ASC-də vəzifəyə gətirib». Nizami Rayon Enerji Təchizatı və Satış İdarəsinin rəisinin əslən İsmayıllı rayonundan olduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, Ələsgər Bədəlov əvvəllər İsmayıllı Rayon Polis Şöbəsində rəis müavini vəzifəsində işləyib və sonradan Yevlax Rayon Polis Şöbəsinə rəis təyin edilib: «Deyilənlərə görə, 2004-cü ildə Yevlax şəhərinə yeni təyin edilmiş icra başçısı Elmar Vəliyevin hər bazar ertəsi günü keçirdiyi vətəndaşların qəbuluna Ələsgər Bədəlov polisin gündəlik geyim formasında gəlmədiyi üçün onunla icra başçısı arasında böyük narazılıq olub. Məhz həmin narazılıq nəticəsində Elmar Vəliyev Ələsgər Bədəlova Yevlaxdan uzaqlaşmağa 1 gün vaxt vermişdi. Elə həmin gün də Ələsgər Bədəlov Mingəçevir şəhərinə təyinat almağa müvəffəq olub. Deyilənlərə görə, onun təyinatının 2-ci ayında mal-qara oğurluğunda şübhəli bilinən Kəlbəcər rayonundan olan məcburi köçkün Cinayət Axtarış Bölməsinin rəisi, polis mayoru İlqar Abbasovun xidməti otağında döyülərək öldürülüb. O vaxt bununla bağlı «Avtonəqliyyat hadisəsi zamanı, yəni piyada yolu keçərkən onu avtomaşın vurub qaçıb», deyə məlumat yaymışdılar. Lakin sonradan mərhumun qohumlarının şikayətləri nəticəsində hadisə ilə əlaqədar polis şöbəsinə xidməti yoxlama gəldi. Ancaq Ələsgər Bədəlov «sudan quru çıxdı», Cinayət Axtarış Bölməsinin rəisi və daha 5 nəfər polis işçisi isə vəzifədən kənarlaşdırılaraq həbs edildi». Bu arada, hazırda Ələsgər Bədəlovun rəisi olduğu Nizami Rayon Enerji Təchizatı və Satış İdarəsinin xidmət göstərdiyi bölgədə saysız-hesabsız problemlərin mövcud olduğunu iddia edən mənbə bildirir ki, idarə rəhbəri abunəçilərlə münasibətdə kobud davranışa yol verir: «Deyilənlərə görə, Nizami Rayon Enerji Təchizatı və Satış İdarəsində əsassız cərimələrin tətbiq olunması, qanunsuz elektrik xətlərinin çəkilişi və bu əsasda digər istehlakçıların hüquqlarının pozulması kimi hallar artıq adi hala çevrilmək üzrədir. Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, dövlət vəsaitlərinin mənimsənilməsi məqsədilə bəzi istehsal və kommersiya obyektləri ilə Nizami Rayon Enerji Təchizatı və Satış İdarəsi rəhbərliyi arasında xüsusi razılaşma əldə olunub. Deyilənlərə görə, bu razılaşma həmin müəssisə rəhbərlərinə hər ay Ələsgər Bədəlova «təşəkkür» etməklə sayğacdankənar qoşulmuş xətlərlə elektrik enerjisindən istifadə etmək imkanı verir. Bu isə təbii ki, dövlət vəsaitlərinin mənimsənilməsi ilə bərabər, həm də digər istehlakçıların mənafeylərinə ziyan vurur. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, hazırda Nizami Rayon Enerji Təchizatı və Satış İdarəsində bir sıra neqativ hallar müşahidə olunur. Məhz elə bu səbəbdən də Ələsgər Bədəlov və onun rəhbərlik etdiyi qurumun fəaliyyəti mütləq aidiyyəti orqanlar tərəfindən ciddi şəkildə araşdırılmalıdır».
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "İsmayıllı işi": polis rəisi məhkəməyə çağırılmadı

    "İsmayıllı işi": polis rəisi məhkəməyə ...

    3-09-2014, 14:12

  • 
  • Mingəçevir hadisələrinə görə polis məmurlarına cəza

    Mingəçevir hadisələrinə görə polis məmurlarına ...

    22-08-2015, 22:59

  • 
  • Təcavüzə uğradığını iddia edən xanımdan Mehriban Əliyevaya video-müraciət

    Təcavüzə uğradığını iddia edən xanımdan Mehriban ...

    4-02-2016, 17:25

  • 
  • Gənc oğlanın polis şöbəsində ölməsi Mingəçeviri ayağa qaldırdı - Mərhumun cəsədinin şok Video görüntüləri (18+)

    Gənc oğlanın polis şöbəsində ölməsi Mingəçeviri ...

    21-08-2015, 23:25

  • 
  • “Azərişıq” ASC-ni Baba Rzayevin şirkətləri yönəldir

    “Azərişıq” ASC-ni Baba Rzayevin şirkətləri ...

    22-04-2016, 21:51


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu