Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilir.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə A.Çovdarovun vəkili Sadiq Rəsulov müdafiə çıxışını başa çatdırıb. İclasda daha sonra A.Çovdarovun digər vəkili Kamandar Nəsibov müdafiə nitiq söyləməyə başlayıb. K.Nəsibov da A.Çovdarovun günahsız olduğunu, ittihamları qəbul etmədiyini bildirib. O, müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.
Sorğu
Yeni dizaynımız necədir?