Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə A.Çovdarovun vəkili Sadiq Rəsulov müdafiə çıxışı edib. S.Rəsulov sabiq MTN generalının günahsız olduğunu, ittihamları qəbul etmədiyini deyib. S.Rəsulov A.Çovdarovun barəsində bəraət hökmünün çıxarılmasını istəyib. S.Rəsulovdan sonra özü müdafiə nitqi söyləyəcək. Hazırda proses davam etdirilir./Teleqraf.com
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?