“Azərbaycanda dövlət rəsmilərinin istifadəsinə verilən “dördrəqəmli” telefon nömrəsi çoxdan ləğv olunub”.
Bunu Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.
Onun sözlərinə görə, indi “dördrəqəmli” telefonu “üçrəqəmli” nömrələr əvəz edir. S.Novruzov deyib ki, bu nömrələr yalnız yüksək dövlət vəzifəsində çalışan şəxslər üçün nəzərdə tutulur: “Yəni, nazir, nazir müavini, deputat, məhkəmə sədrləri və digər yüksək vəzifəli adamlara verilir. Bu nömrələr sıravi vətəndaşlarda ola bilməz. Çünki “üçrəqəmli” nömrə rəsmi vəzifə tutan şəxslərə verilir”.
Xatırladaq ki, İlhamə Quliyevanın hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan keçmiş köməkçisi Mehriban Hüseynova mətbuata göndərdiyi məktubunda bildirib: “...xoşuna gəlməyən hər kəsi şantaj edərək bahalı zinət əşyaları və ya pul almayınca heç kəsin yaxasını buraxmır. Özünü xeyriyyəçi kimi tanıtmaq üçün Nazpəri Dostəliyevadan haqsız aldığı 25 min manat puldan cəmi iki min manatını efirlərə verərək özünü sevdirmək istədi. Hər dəfə efirdə hansı bir müğənnini yaxşı və imkanlı görürdüsə, onu təhqir etməyə başlayırdı. Efirlərlə və internet saytlara böhtan xarakterli müsahibələr verir, şantaj etdiyi adamlardan rüşvət gələn kimi böhtanlarını dayandırırdı. Hər kəs ondan qorxurdu, elə mən özümdə. Hər kəsə dövlət rəhbərlərinin yaxın dostu olduğunu söyləyir və onun tez-tez telefonla əlaqə saxladığını deyirdi. Kimə hirsli olurdusa, “4 nömrə ilə prezidentimə zəng edəcəyəm” deməklə hədələyirdi. Bir necə qurumda yaxın dostlarına zəng edərək, xoşuna gəlməyənləri cəzalandırmağı xahiş edirdi. Özünü hamıdan və bütün xanımlardan üstün və birinci hesab edirdi”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?