Bakıda sahibkar özünü yandıraraq həm də körpüdən özünü atmaqla intihar etmək istəyir.
"Amal-D” MMC şirkətinin rəhbəri olan sahibkar Dönməz Abutalıb oğlu Məmmədov paytaxtda sərnişindaşıma ilə məşğuldur. O, Bakı-Saray-Sumqayıt xətti üzrə işləyən 501 nömrəli marşrut avtobuslarınin sahibkarıdır. Sahibkar ona qarşı təzyiqlərdən bezdiyini bildirib.
Nəqliyyat Nazirliyinin yanındakı körpüyə çıxaraq özünü ordan atacağını bildirib. Onun əlində bayraq olduğu deyilir.
Həmin şəxsin Nəqliyyat Nazirliyinin müavininə şikayəti varmış.
Özünü öldürmək istəyən sahibkar xilas edilib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, artıq onu körpünün üstündən düşürdüblər.
O, nəqliyyat nazirinin müavini ilə görüşmək istəyib. Lakin onu içəri buraxmayıblar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?