gundemxeber.az APA-ya istinadən bildirir ki, təxminən 20 yaşlarında olan qadın bıçaq xəsarəti ilə Gəncə şəhər Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Tibbi yardım göstərildikdən sonra vəziyyəti normallaşıb. Həkimlər qadının həyatı təhlükəsi olmadığını bildirirlər. Məlumata görə, onu qonşuluqda olan başqa bir qadın bıçaqlayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?