GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Rail Rzayevin qətlində Akif Çovdarov izi – Dəhşətli faktlar üzə çıxır

Rail Rzayevin qətlində Akif Çovdarov izi – Dəhşətli faktlar üzə çıxır

Tarix: 4-02-2016, 17:28 Bölmə :Ölkə Baxış: 0
Rail Rzayevin qətlində Akif Çovdarov izi – Dəhşətli faktlar üzə çıxır

Sabiq müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ HHMQ) keçmiş komandanı, general-leytenant Rail Rzayevin qətlə yetirilməsinin 7-ci ildönümü ərəfəsində onun ölümündən bir neçə gün öncə işçisinin oğurlanması ilə bağlı mətbuatda ilginc məlumatlar yayılıb.

R.Rzayev 2009-cu il fevralın 11-də Bakının mərkəzində başına yaxın məsafədən açılan atəşlə öldürüldü. Qətl o dövrdə milli təhlükəsizlik naziri postunu tutan Eldar Mahmudovun eyvanının altında törədilib! Sonradan prezident yanında güc strukturları rəhbərlərinin iştirakı ilə qətllə bağlı keçirilən xüsusi müşavirədə Eldar Mahmudovun iştirak etməməsi də suallar doğurub. Təəssüf ki, general-leytenantın qətlinin üstü bu gün də açılmamış qalıb.

gundemxeber.az xəbər verir ki, musavat.com-a Rail Rzayevin qətlindən 9 gün əvvəl – 2009-cu il fevralın 2-də HHQ HHMQ-nin mayoru Pərviz Zakir oğlu Həmidovun oğurlanması ilə bağlı ilginc məlumatlar daxil olub. Həmin gün axşam saatlarında Pərviz Həmidovu Bakının mərkəzindən, o dövrdə “Baksovet”, hazırda “İçərişəhər” adlanan metro stansiyasının yaxınlığından oğurlayıblar. Başına torba keçirilən mayoru 5 nəfər qandallayaraq qara rəngli “Cip”də naməlum istiqamətə aparıb.

Yaxınları P.Hüseynovu bir neçə gün axtarandan sonra Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə üz tutublar. General-leytenant Rail Rzayev qətlə yetirilməzdən 2 gün əvvəl isə mayorun yaxınlarına zəng gəlib. Onlara deyiblər ki, heç yerə şikayət etməsinlər, Pərviz Həmidov MTN-dədir. Sonradan məlum olub ki, mayorun oğurlanması böyük bir planın tərkib hissəsidir. Oğurluq hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun adamlarının işidir.

Mənbə bildirir ki, 1985-ci ildə Azərbaycandan Rusiya xüsusi təyinatlı hərbi məktəblərindən birinə iki nəfər – Pərviz Həmidov və o dövrdə Azərbaycanda ali təhsil ocaqlarından birinin rektorunun oğlu olan Polad Qasımov daxil ola biliblər. Təhsillərini bitirdikdən sonra xidmətlərini təyinatla Rusiyada davam etdiriblər. Orada xidməti başa vurduqdan sonra P.Həmidov ölkəyə qayıdıb və yüksək ixtisaslı kadr kimi HHQ HHMQ qərargahında işə götürülüb. P.Qasımov isə Azərbaycana çox sonralar qayıdıb və bir müddət Qəbələ RLS-də işə qəbul olunub. Orada xidmətdən təxris olunandan sonra isə özəl şirkət açıb və yaxşı gəlir əldə edə bilib.

P.Qasımovun böyük gəlirlər əldə etməsi onu Eldar Mahmudovun komandasının diqqət mərkəzinə gətirib. Akif Çovdarovun dəstəsi günlərin birində Polad Qasımovu saxlayaraq ona barəsində məlumatlara malik olduqlarını deyiblər. Çox çək-çevirdən sonra isə P.Qasımova saxlanılmasının səbəbi aydın olub. Ondan biznes gəlirlərindən aylıq haqq verməsi tələb edilib. P.Qasımov “mahmudovçu”ların tələbləri ilə razı olmadıqda və qarşı tərəfin əlində onu saxlamaq üçün hər hansı bir əsas qalmadığından biznesmen azad olunub. Lakin “mahmudovçu” biznesmenə şərtlərini qəbul etməməsini bağışlamayıblar.

Mənbə deyir ki, P.Qasımovla “mahmudovçu”lar söhbət edərkən onu harada təhsil aldığını, ondan başqa Azərbaycandan həmin ali hərbi məktəbdə Pərviz Həmidovun da təhsil aldığını öyrəniblər.

Və bu məlumat sonradan hər iki yüksək ixtisaslı zabitin həyatını alt-üst edib. 2009-cu il fevralın 2-də Pərviz Həmidov başına torba keçirilməklə oğurlanıb. Zabiti MTN binasına gətirib orada vəhşicəsinə döyüblər. Onu həyat yoldaşının MTN-ə aparılacağı ilə hədələyiblər.

Üstəlik, hədələrin real olduğunu göstərmək üçün hərəkətlərə də əl atıblar. 1 həftəlik dəhşətli işgəncələrdən sonra P.Həmidovdan tələbə yoldaşının əleyhinə ifadə alınıb. Həmin ifadəyə görə guya P.Həmidov HHQ HHMQ qərargahında çalışmaqla məlumatlar əldə edib və məlumatları Polad Qasımova ötürüb. İşgəncələrlə alınan bu ifadə əsasında Polad Qasımov da saxlanılıb. Həmin dövrdə Rail Rzayevin öz işçisini xilas etmək istəklərinin baş tutmaması xəbəri də var.

Qeyd olunur ki, komandan işçisinin günahsız olduğunu söyləməklə onun Azərbaycan əleyhinə hər hansı bir fəaliyyətlə məşğul olmadığını lazımi instansiyalara çatdırıb. Lakin ölümündən əvvəl komandanın özünün gözdən salınmasına xidmət edən hərəkətlərə yol verildiyindən onu eşitməyiblər. Yada salaq ki, Rail Rzayevin qətlindən sonra aydın oldu ki, o, ölümündən 1 həftə əvvəl izlənib. Bunu Müdafiə Nazirliyin Baş Qərargahından “Röyters” agentliyinə də təsdiq etmişdilər. Beləcə, iki Azərbaycan zabiti MTN-dəki çetenin qurbanına çevrilərək zindana yola salınıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Əvvəlcə Rail Rzayevlə qohumluğunu dandı, indi də özünü…

    Əvvəlcə Rail Rzayevlə qohumluğunu dandı, indi də ...

    8-02-2016, 15:48

  • 
  • Generalın qətli müəmmalı olaraq qalır

    Generalın qətli müəmmalı olaraq qalır ...

    1-10-2013, 11:45

  • 
  • Eldar Mahmudov generalın qətlinin üstünü niyə açmadı? - Səs-küylü sui-qəsddən 12 il ötür...

    Eldar Mahmudov generalın qətlinin üstünü niyə ...

    11-02-2021, 11:34

  • 
  • RAİL RZAYEVİN ÖLÜMÜNÜ KİM SİFARİŞ EDİB? - Bakının mərkəzində general-leytenanta qarşı terrorun 16-cı ildönümü

    RAİL RZAYEVİN ÖLÜMÜNÜ KİM SİFARİŞ EDİB? - Bakının ...

    10-02-2025, 18:54

  • 
  • Generalın müəmmalı qətli: Düymə Rusiyadan basılıb? - Sirr pərdəsi çəkilir

    Generalın müəmmalı qətli: Düymə Rusiyadan ...

    17-02-2021, 10:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu